DEPUTAT BARƏDƏ ŞOK İDDİALAR – 6 villa tikdi, körpünü uçurdu... + FOTOLAR

“Millət vəkili Elxan Süleymanov öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olub. O, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıl kariyerini bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir”. Bu barədə Minval.info-ya Ucar rayon sakini Azər Purqafari məlumat verib.

Onun sözlərinə görə, həmin kariyerlər qanunu fəaliyyət göstərirdi: “Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya depuatat təbiətin qayğısına qalır, gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır. Təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində, özü təbiətin düşməni hesab edilməlidir”.

Azər bəy iddia edir ki, deputat Göyçay çayının ortasında 6 villa inşa etdirib: “Hətta həmin villaları elə inşa ediblər ki, çay həyatyanı sahəyə düşüb. Bu isə dünyada analoqo olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz millət vəkili deyilən Elxan Süleymanov edib. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb”.

Ucar sakinin sözlərinə görə, bunun nəticəsində Göyçay rayonunda körpüsü uçub: “Belə yaramaz işlərə sözügedən hadisə bu il mayın 3-də baş verib. Bunun səbəbinin birini isə başda Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır. Hadisəyə görə başlanılmış cinayət işinə deputat özü cəlb edilməlidir”.

Onun iddiasına görə, Elxan Süleymanova məxsus Qəbələ rayonunda kariyer fəaliyyət göstərir. Buna görə A.Purqafari sual edir ki, Göyçay çayında fəaliyyət göstərən kariyerlər qanunsuzdursa, deputatın obyekti necə qanunidir:  “Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən, uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alıb. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı. Elxan Süleymanov öz biznesini gücləndirmək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olub. Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata deputata məxsus kariyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar”.

Azər Purqafari inanır ki, məsələ ilə bağlı müvafiq addımlar atılacaq və deputat cəzalandırılacaq.

Məlumat üçün bildirək ki, Elxan Süleymanov Şamaxı rayonunun millət vəkilidir, əslən göyçaylıdır və orada doğulub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

ARİF 2018-06-07 18:35:59

Deputatlar barəsində nələr danışılır.

Bəhram Qarabağlı 2018-06-07 18:35:59

Deуəsən əksinə, bu onəmli şəxs depuтaтlıqdаn уalnız qazanıb? Məgər, varlı olub, faуdalı işlər gordürmək qəbahəтdirmi? AVROPA dəуərli УURİSТİMİZ Sərsəngə gorə geniş aksiуa keçirтdi! Nədən, hərbi-qanlı Qarabag genosidi oldugu kimi тəsdiqlənməsin? Sadə siуasi-hüquqi тəhlil, eliтanın həllə səтhi və biganə уanaşmasını sübuт edir. İNAC-ÜMİD liderləri kəskin Hüquqi iddia əvəzinə, siуasi bəуanaтlar və xalqı Qarabagdan azdırıcı тədbirlərlə real həlli uzaqlaşdırırlar?

Eldeniz 2018-06-07 18:35:59

aladi, sapi ozumuzden olan baltalar. Buda diger regiondan olan miilet vekili deyil ki,ozunuzunkudur.indi onunla bacarin gorum nece bacarirsiz.

Məlikməmməd 2018-06-07 18:35:59

Biz hara gedirik və ya bizi hara aparırlar? Axı bu yolun sonunun dərin quyu olduğu çoxdan görünür......yaşam müşkülləşib,işsizliklə məşğğul olan qurum yox,boş sözlərdən millət bezib,gördükləri iə eşitdikləri uyğun gəlmir.

vidadi 2018-06-07 18:35:59

Ozude AVCIYA qeyri hokumet teskilatin sedri -vetendas cemiyyetini quran ve mudafiye eden sexs Berekalla

Alim 2018-06-07 18:35:59

25 İLLİK DEPUTATLAR HAMISI MULTİ MULYİ MİLYONERLƏDİRLƏR. BİZNESLƏRİ PULLARI OBYEKTLƏRİ. BUNLARI BÖYÜTMƏK QORUMAQLA MƏŞĞULDURLAR. ONLARIN NƏ VECLƏRİNƏDİR Kİ MİLLƏTƏ VƏKİL OLALAR. ONLAR ANTİ VƏKİLLƏRDİRLƏR Kİ, MİLLƏTİN XEYRİNƏ HƏLƏ ONLARIN BİR SAMBALLI QANUNLARI OLMADI. KİM ONLARI TƏYİN EDİB ETDİRİB ONLARIN DEDİKLƏRİNİ TƏSDİQLƏYİRLƏR. ÖLKƏDƏ KASIBLARIN QEYDİDİNƏ QALAN YOX, BAHAÇILIQ BAŞ ALIB GEDİR, İŞ YERİ TAPMAQ ÇƏTİNDİR. DÖVLƏT İŞİNDƏ DƏ AYDINDIR KİMLƏRT İŞLƏYƏ BİLƏR.

EWDER 2018-06-07 18:35:59

mazayir mellimin secki komitesinin maawlari qalxdi.yavawdamaq olmaz.ESAS INKIWAFDU....

Vətəndaş 2018-06-07 18:35:59

Bu insanlar da çox maraqlıdılar. Adam bir ətək pul verib deputat olub.Guya onu seçiblər?İndi neynəməlidir? Verdiklərini necə çıxarsın ? Bizneslə məşğul olacaq,ara düzəldəcək,kimisə pullu işə düzəldəcək.Nəhayət ona yaşıl işıq yanacaq.Boş yerə 3-5 çağırışa deputat edilmirlər ki? Alver davam edir.Yazıq millət!

azbest 2018-06-07 18:35:59

......Görəsən Elxan Avropalılara pulu öz cibindən verib?

Son yazılar