Dünyanın ən pis və ən yaxşı hava limanlarının adları açıqlanıb

Sərnişinlərə reyslər gecikdiyi təqdirdə təzminat almaqda yardım edən "AirHelp" şirkətinin ekspertləri xidmət keyfiyyəti, uçuşların müasirliyi və sərnişinlərin qiymətləri əsasında hava limanlarının reytinqini tərtib ediblər.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, siyahıda sonuncu 141-ci yeri cəmi 5,4 bal toplayan Küveyt aeroportu tutub.

Ən pis hava limanları üçlüyünə Londonun Stansted (5,53) və Lionun Sent-Ekzüperi aeroportu (5,78) daxil olub.

Qətərin paytaxtı Dohada yerləşən Hamad hava limanı 8,77 bal ilə reytinqdə birinci yeri tutub. İkinci yerdə 8,69 balla Afinanın Elefterios Venizelos adına beynəlxalq aeroportu, üçüncü yerdə isə Tokio aerovağzalı (8,63) qərarlaşıb.

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı siyahıda yoxdur. Moskvanın Şeremetyevo hava limanı 15-ci olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar