NATO ölkələri müdafiə xərclərini artırmaq niyyətindədir

NATO_170808NATO-ya üzv olan ölkələr müdafiə xərclərini cari ildə 3,8 faiz artırmaq və hərbi büdcələrinin 20 faizini avadanlıq və texnikaların alınmasına sərf etmək niyyətindədirlər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Bizdə dörd ildir ki müdafiə xərclərinin artması müşahidə edilir. Müttəfiqlərimizin hamısı artıq xərclərin azaldılmasına son qoyublar. Müttəfiqlərin əksəriyyəti ÜDM-in 2 faizini müdafiə sahəsinə yönəldir. Cari ildə Avropadakı müttəfiqlərimiz və Kanada üzrə müdafiə xərclərinin 3,8 faiz artacağı gözlənilir”, - deyə Yens Stoltenberq qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar