"Kənd Təsərrüfatı Nazirliyinin qarşısında 3 əsas vəzifə qoyulub" - İnam Kərimov

"Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

O bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır: "Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması məsələsi qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub ki, bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir".

Nazir əlavə edib ki, hazırda nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir: "Azərbaycan Dövlət Aqrar Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".

635x100

Şərhlər

Elibaba 2018-06-08 11:59:51

Biyyyy ne tez yukseldi.40 gunun hele teze tamam oldu.uraaaaaaaaa

G.M 2018-06-08 11:59:51

ASAN xidmetden istifade edib kend teserrufatini tezlikle ayaqqlarindan asarsiz. Siz ancaq ASAN xidmet ede bilersiz asmaqda devam edin ugurlar size.

Kolxozdar 2018-06-08 11:59:51

Horməтli gənc nazir İnam K., valуuтa xərcləуənləri maraqlandırar. Qonşu İRİ 40 ildir ərzaq idxalından qorxur, ABŞ kimi nəhəng, Kanada kimi sərт iqlimli olkələr тaxıl ixrac edirlər. Zəruri çeşiddə ərzaq və уemlə тəсhizaт müdafiə silahından da oncüldür. Pomidor ixracı, okeanın o тərəfində gorünən saman çopünə uzanmaq və тorpagı zəhərləmək cəhdi kimi bir işdir!

Son yazılar