İlyas İsmayılovun bayram təbriki

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov jurnalistləri peşə günləri münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Əziz media nümayəndələri!

Bu gün Sizin peşə bayramınızdır. Düz 139 il bundan əvvəl -1875-ci il iyulun 22-də «Əkinçi» qəzetinin nəşriylə başalayan mətbuat tariximiz olduqca mühüm və şərəfli yol keçib. İctimai şüurumuzun formalaşmasında, xalqımızın sivil dünya xalqlarıyla eyni sırada dayanmasında əli qələm tutan ziyalılarımızın müstəsna rolu olmuşdur.

Həsən bəy Zərdabi ilə başlayan, Mirzə Cəlillə davam edən demokratik mətbuatımız bu gün də öz vəzifəsini şərəflə yerinə yetirir. Qələmini süngüyə çevirib ölkədəki bir sıra çatışmazlığa qarşı vuruşan, həyatını təhlükəyə atan, azadlıqdan məhrum olan çox sayda jurnalistlərimiz var. Onlar yalnız öz peşə missiyalarını davam etdirmir, həm də Azərbaycan xalqının demokratik mübarizəsində ən mühüm vasitəyə çevriliblər. Sevindirici haldır ki, ölkəmizin demokratik imicinin ən mühüm elementi sayılan azad söz məhz bu fədakar insanlar sayəsində hələ də mövcuddur. Başqa təbirlə desək, bizə bu özəlliyi qazandıran, ölkəmizin demokratik cizgidən uzaqlaşmamasının təminatçısı kimi çıxış edən əsas qüvvələrdən biri siz jurnalistlərsiniz.

Sizə bu çətin və keşməkeşli yolda uğurlar arzulayır, bayramınızı təbrik edirəm. Yazan əlləriniz heç vaxt yorulmasın.

İlyas İsmayılov

MM-in deputatı, Ədalət Partiyasının sədri

22.07.2014

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar