AMEA-nın Adlı mükafatları təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında akademiyanın görkəmli elm adamlarının adlarını daşıyan mükafatları sahiblərinə təqdim edilib.

APA-nın xəbərinə görə, 6 alim AMEA-nın adlı mükafatlar ilə təltif olunub.

Akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına və akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar