“AZPETROL”un SƏHMLƏRİNİ ALMIŞ OLİQARX VƏFAT ETDİ - Açıqlama

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.  Türkiyə mediası  xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Məlumatda 79 yaşlı Demirörənin “bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi” bildirilir.

Erdoğan Demirörənin müalicə olunduğu “Florence Nightingale” xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək iş adamının öldüyünü təsdiqləyib.

Türkiyə KİV-ləri xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək “bütün səylərə baxmayaraq” reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.

Qeyd edək ki, Erdoğan Dəmirörən  adı son aylar Türkiyənin gündəminə   “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.  Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır. Virtualaz.org-ən məlumatına görə,  söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir.

 

635x100

Şərhlər

məmiş 2018-06-08 17:23:42

sonra deyirlər ki, məmurlar, nazirlər guya təmiz işləyirlər..bu qədər səhmi necə və haradan alıb ki, sonra da sata bilsin..bunlar xalqın malıdır..onları alan da bunu bilməliydi və bilməlidi...

EWDER 2018-06-08 17:23:42

ALLAH REHMET ELESIN.

EWDER 2018-06-08 17:23:42

ALLAH REHMET ELESIN.

Son yazılar