ORDUMUZ 11 MİN HEKTAR ƏRAZİNİ VƏ BİR KƏNDİ AZAD ETDİ! - Rəsmi + FOTOLAR/VİDEO

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuşdur.

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

26 illik həsrətdən sonra dünən günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

635x100

Şərhlər

HAMI DÖVLƏTƏ XİDMƏT ETMƏLİDİR! 2018-06-08 20:09:49

1.Ordu dövlətin və xalqin dayağidir, şəxsi özəl şirkətlərdən fərqli olaraq, ORDU - yalniz hərbi xidmət üçün nəzərdə tutulmuş Azərbaycan dövlətinə məxsus bir təşkilatdir! 2.Orduda xalqın ən sağlam qüvvələrindən dövlətinə-Ali baş komandanına sadiq, intizamli, vətənpərvər, peşakar və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik caniyla- qaniyla ana yurduna bağli Azərbaycanli zabit kadrlari hazirlamaq lazimdir! 3.Ordu mənsublari - orduda xidmət edən hərbiçilər hansisa komandirin-rəisin şəxsi maraqlarina yox, ümumdövlət-ümummilli-ümumordu maraqlardan ibarət Azərbaycan xalqinin maraqlarini özündə ehtiva edən Azərbaycan dövlətinə xidmət etmiəlidirlər və hər zaman yüksək mənəvi-döyüş ruhunda Ali baş komandana cənab ILHAM HEYDƏROĞLU ƏLIYEVƏ sadiq olaraq əmrinə hazir olmalidirlar!

DÖVLƏTİ 4 ƏSAS GÜCÜ VAR: 2018-06-08 20:09:49

1.ƏN ƏSAS GÜC-SOSİAL-DEMOQRAFİK GÜCDÜR(AİLƏ MODELİ VƏ TƏLİM-TƏRBİYƏ-TƏHSİL ƏSASINI TƏŞKİL EDİR) 2.STRATEJİ-İQTİSADİ GÜCDÜR(KƏND TƏSƏRRÜFATI ƏSASINI TƏŞKİL EDİR) 3.HƏRBİ-TEXNİKİ GÜCDÜR(TAM FƏRDİ TƏMİNATLI-FƏRDİ HAZIRLIQLI DÖVLƏTİNƏ-LİDERİNƏ-AİLƏSİNƏ GÜVƏNƏN VƏ İMANLI-İNAMLI ƏSGƏR ƏSASINI TƏŞKİL EDİR) 4.SİYASİ-DİPLOMATİK GÜCDÜR(GÜCLÜ ULU ÖNDƏR SİYASƏTİ VƏ QƏTİYYƏTLİ-CƏSARƏTLİ-ƏZMKAR LİDER-CƏNAB İLHAM ƏLİYEV ƏSASINI TƏŞKİL EDİR! ) MÜASİR QLOBALLAŞAN DÜNYADA YENİ GÜC NÖVÜ VAR, BİLƏN-BİLİR BƏLKƏ DƏ BİLMƏYƏN DƏ GEDİB ƏZİYYƏT ÇƏKİB ÖYRƏNSİN! • SOSIAL-DEMOQRAFIK INKIŞAF ÜÇÜN -- 09:46 / 29.08.14 1.AZƏRBAYCANLI AİLƏ MODELİ 2.UŞAĞ BAŞÇASI TƏLİMİ 3.MƏKTƏB VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ VƏ TƏHSİL 4. 14 YAŞDAN SONRA PEŞƏ İXTİSAS SEÇİMİ VƏ MƏŞĞULLUQA YÖNƏLTMƏ... 5. ƏSASƏN MƏRKƏZİ APARATDAN TUTMAQLA YERLİ MTN, DİN, ƏƏSMN VƏ İCRA HAKİMİYYƏTİ ORQANI HEÇ BİR GƏNCİ TƏLİMSİZ, TƏRBİYƏSİZ, MƏKTƏBSİZ VƏ PEŞƏSİZ OLMASINA İMKAN VERMƏMƏLİDİR VƏ MƏNFİ MEYLLİLLLƏRLƏ İŞ APARILMALI DÜZ YOLA GƏTİRİLMƏLİDİR! ÇÜNKİ TƏLİMSİZ, TƏRBİYƏSİZ, TƏHSİLSİZ, MƏŞĞULİYYƏTİ VƏ PEŞƏSİ OLMAYAN NEQATİV ÜNSÜR GEC TEZ DÖVLƏTƏ-CƏMİYYƏTƏ ZİYAN VERƏCƏK.

Leyla Əliyeva: 2018-06-08 20:09:49

“Facebook” səhifəsində oxuculara etdiyi müraciətində hamını vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Rus dilində olan yazı tərcümə ilə təqdim olunur: “Azərbaycanın müstəqilliyini qoruyan döyüşçülərə - əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birgə vətənimizin sahibiyik. Artıq ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq.»

pensiyacı hərbici 2018-06-08 20:09:49

hörmətli oxucular 90 cı illərdən bəri naxcıvan mr nın bir metr torpagı belə ermənilərə verilməyib əvvəl camaat və polis sonra isə milli ordunun naxcıvan ərazisindəki hissələri bütün cətinliklərə blokadaya baxmayaraq ulu öndər naxcıvanda olarkən isə birbaşa onun nəzarəti rəhbərliy və qaygısı ilə naxcıvan torpaqlarını daşnaklardan müdafiə ediblər.indi isə naxcıvanda yerləşən əlahiddə ümumqoşun ordusunun gücü silahlanması döyüş qabiliyyəti dünyanın qabaqcıl orduları səviyyəsinə catır desək yəqinki səhv etmərik

pensiyacı hərbici 2018-06-08 20:09:49

künnüt kəndi dagıdılsada kənd özü və ətraf ərazilər hec vaxt düşmən tapdagı altında olmayıb sadəcə bizim müvqelər bir az geridə idi və o ərazilər daim bizim nəzarətimizdə olub.indi isə mövqelərimiz tam lazımi yerlərinə cəkilib. yenədə deyirəm orada hec bir neytral ərazi yoxdur bu yerlər bu yüksəkliklər sırf Azərbaycan torpaqlarıdır eşq olsun Azərbaycan ordusuna onon Naxcıvan ərazisini müdafiə edən əsgər və zabitlərinə naxcıvanı həmişə mərdliklə müdafiə edən naxcıvanlılara.

Rafiq 2018-06-08 20:09:49

QARABAĞI ALMAQ LAZIMDIR. VƏTƏN TORPAĞIMIZIN YARISINI DÜŞMƏN ALIB UZUN İLLƏRDİR DƏ OTURUB ÜSTÜNDƏ HƏLƏ MEYDAN DA OXUYUR BİZƏ. NAMUS QEYRƏT VAXTI ARTIQ ÇOXDAN ÇATIB DÜŞMƏNDƏN TORPAĞI ALMALIYIQ. YOXSA BİR MİLLƏT KİMİ BİZİM YAŞAMASĞA HAQQIMIZ OLMAYACAQ. ......

Politoloq 2018-06-08 20:09:49

Sakit ve temiz is Allah herbicilerimizi qorusun

Gunel 2018-06-08 20:09:49

Çox Shukur ki ordumuz bu cur nailiyyete imza atib. Bu sevinci bize yashaydigi ucun Vasif Talibova ve Kerem Mustafayeva minnetdaram. Qururverici hadisedir.

EWDER EMIE 2018-06-08 20:09:49

Halal olsun, Ajder əmiуə bir da! 26 il boş buraxılmış Cocuq Mərcanlı kimi Günnüтlülərə və Şərurlulara da Boуük Тarixi Qələbəуə gorə EŞQ OLSUN! Beуnəlxalq hüquqa əsasən "Daşnaq"ların Daglıq Qarabagdan bir addım irəli hücumu belə Azərbaуcan qanunları üzrə də cinaуəтdir? Orduуa, onu irəli aparan Nazirə və Ali Baş Komandana da Boуük Qələbəуə gorə URRAA!

EWDER 2018-06-08 20:09:49

HALAL OLSUN

pensiyacı hərbici 2018-06-08 20:09:49

onu bir daha demək istəyirəmki sovetlər dönəmində sovet ordusu sıralarında ondan sonrakı illərdə azərbaycan ordusu sıralarında xidmət etmiş bütün hərbicilər bir nəfər kimi yaşından və saglıq sosial durumundan asılı olmayaraq hər an bir əmrlə naxcıvanın azərbaycanın müdafiəsinə qalxmaga hazırdırlar.daşnaklar sevinməsinlərki hər şey qurtarıb yaxşıdı bunu əlahəzrət zamana buraxaq göstərəcək.günnüt hadisələri gözəl nümunədir

Son yazılar