İŞDƏN ÇIXARILAN İCRA BAŞÇILARI HƏBS OLUNA BİLƏR - Adları milyonluq məhkəmə işində keçir

Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

[caption id="attachment_31349" align="alignleft" width="225"] Rahib Hüseynov Rahib Hüseynov[/caption]

Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: “Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, “Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir".

R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib: “Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi”.

Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: “Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə “sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.

Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: “Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim”.

635x100

Şərhlər

SAMIR MEHEMMEDLI 2018-06-09 00:01:59

BUNLAR NE MILLETIDIR TEYLOR FETIW RAQUB IWLERIDE ADLARI KIMI CETINDU

analitik 2018-06-09 00:01:59

Hakimiyyətin maraqlarına xidmət edən dezinformasiyadır. Bütün sabiq vəzifə sahiblərinin hamısı barədə belə yazılır ki, onları təzyiq altında saxlasınlar ki, başqa xəyala (müxalifətə qoşulmaq və.s.) düşməsinlər.

Dr.AGAOGLU 2018-06-09 00:01:59

YƏQİNKİ QOŞQAR ZEYNALOVUN FAİZE BURAXDIĞI YEDDİ MİLYONUN MƏNBƏYİ ARAŞDIRILIB HÜQUQİ QİYMƏTİNİ ALACAQ.QOŞQARIN O QƏDƏR PULU OLA BİLMƏZDİ.ONU BU İŞƏ QOŞAN İSTİNTAQA CƏLB OLUNMALIDIR.

Bir az ciddi 2018-06-09 00:01:59

Bu d növbəti biabırçılıqları.Bu bir daha sübut etdi ki, məmurlar Azərbaycanı talayan adamıardan ibarətdir və məqsəd ölkəni soymaq və azərbaycanlıları müflis etməkdir.....

Abit 2018-06-09 00:01:59

Nağıllar alemine seyyahet,Tofiq bey Tovuzun Kirem kendindeki yay düşergesini qaytarın şagirdlerin ixtiyarına,onu nece özelleşdirmisiz?Qazax,Ağstafa,Şemkir ve Tovuz şagirdlere yay tetilini bu düşergede semereli keçirerdiler.İndi meşğuliyyet olmadığı üçün narkotik dalınca qaçırlar.Bu dövlet hara baxır,bu cür müessiseleri özelleşdirmek olarmı?Burdan cenab prezidente müraciet edirem tedbir görün,tehsil nazirine müraciet edirem yazılan erizelere cevab verilmir xahiş edirik valideyinler adından tedbir görün.

t.ədalət 2018-06-09 00:01:59

İstintaq orqanları bu Teylor Fətişoglunun ipini darta-darta Şuşanın keçmiş icra hakimiyyəti başçısı Mikayıl Gözəlovun qətlinin də üstünü aça bilər.A.Mütəllibova yaxın olan bu adam,M.Gözəlovun qətlə yetirildiyi həmin vaxtlarda "Azərbaycan" qəzetinin xüsusi müxbiri kimi Şuşada çalışırdı.M.Gözəlovun milli keyfiyyətləri isə erməni sevdalısı A.Mütəllibovun xoşuna gəlmirdi.Fətişoğlu ilə Mütəllibovun "dostluğu",bəlkə də elə Gözəlova qarşı törədilən suiiqəsdən qaynaqlanır?Ciddi araşdırma istintaqa işıq tuta bilər.

EWDER 2018-06-09 00:01:59

EWWI ,ESAS INKIWAFDU.BUNLAR HAMISI ESGERDI.ILLERLE POSTDA DURUBLAR.EZIYYET CEKIBLER.SINIXIBLAR

məmmədqulu 2018-06-09 00:01:59

"Sizə yanlış məlumat vermişlər usta". Azərbaycanda vəzifədən çıxardılan (oğru məmurlar) oliqarxlardan heç kim tutulmur və tutulmayacaq da. Uzaq başı onlar oğurladıqlarının yarısını əllərindən alacaqlar. Millət şor çörəyini qulağının dinbinə ha yemir. Siz AzTVtelekanalizasiyasının (Z.H.) dediklərinə qulaq asmayın. Hamısı imitasiyadır.

esger 2018-06-09 00:01:59

Bezi serhlerin mentiqle getsek Onda kim kime vaxti ile salam verib? vezifeye goyub ve sonradan bu sexsler cinayet toredib- onlari da mesuliyyete celb edmelidirler. Mamed Emin Resulzade Stalinle dost olub Stalinin gorduyu islerinde Resulzadenin eli var Oktyabr inqlabi Turkeyede ve diger olkelerde xalq azadliq hereketlere teken verdi Lenin Ataturka destek verdi Indi o vaxti Turkiyanin Sovetlerle munasibete ne ad verrilmelidir

Son yazılar