Ərdoğandan “paralel hökumət”lə bağlı açıqlama

Türkiyədə prezidentliyə namizəd və baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbul Prokurorluğunun “paralel hökumət”ə qarşı həyata keçirdiyi son əməliyyata münasibət bildirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan vurğulayıb ki, məhkəmə qərarı verilmədən nə isə söyləmək doğru deyil: “Hazırda prosesi biz də izləyirik”.

Ərdoğan, əməliyyatın başqa sahələri də əhatə edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Elə görünür. Təbii ki əməliyyatlar digər sahələrdə də həyata keçirilə bilər”.

Qeyd edək ki, İstanbulda “paralel hökumət”ə qarşı yenidən əməliyyat həyata keçirilib. Şəhərin müxtəlif ərazilərində həyata keçirilən əməliyyat zamanı aralarında təhlükəsizlik xidmətinin əməkdaşları da olmaqla 52 nəfər saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar