İŞİD silahlıları türk əsgərini öldürdü

“İraq Şam İslam Dövləti” terror təşkilatının üzvləri Türkiyə sərhəddinə qədər irəliləyib. Sərhədə yaxın bölgədə baş verən atışmada isə bir türk əsgəri şəhid olub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisələr Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Reyhanlı qəsəbəsinə aid olan Beşaslan kəndində baş verib.

“Odatv.com” saytının yazdığına görə, İŞİD üzvləri Reyhanlı qəsəbəsinin qarşısındakı bütün bölgəni ələ keçirib. Məlumatda o da göstərilib ki, IŞİD ələ keçirdiyi ərazilərdə öz bayrağını sancıb.

Hadisələrlə bağlı məlumatlar yenilənir..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar