MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI - Naxçıvanda işğaldan azad edilən ərazilərlə bağlı

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib. Belə  ki, virtualaz.org-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin "erməni komandanlığının icazəsi ilə baş verdiyini” iddia edib.

Ovanisyan bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə "mane olmamağı” istəyib. Və guya erməni tərəfi Azərbaycan tərəfdən ilk dəfə belə müraciət edildiyini nəzərə alaraq humanitar normaları əsas tutaraq müraciətə müsbət cavab verib. Ovanisyana görə Azərbaycan tərəfi daha sonra həmin kadrları Naxçıvanda 11 min hektar ərazinin azad edilməsi kimi təbliğat məqsədi ilə istifadə edib.

Bu iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir. "Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz Azərbaycan ictimaiyyətini düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”-Müdafiə Nazirliyindən armiya.az saytına bildirilib.

Xatırladaq ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi Azərbaycan ordusu mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli "Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutub. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. Habelə Ermənistanın Areni kəndi ordumuzun nəzarəti altında qalıb, o cümlədən Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb.

635x100

Şərhlər

AYZEK 2018-06-09 16:43:34

ALTERNATİV İNFORMASİYA MƏNBƏLƏRİ BİLDİRİR Kİ HƏMİN ƏRAZİLƏR NEYTRAL ZONA OLUB ....

• HƏQİQƏT ACI OLUR! -- 12:26 / 17.02.15 2018-06-09 16:43:34

ANCAQ DEYƏCƏM: Qarabağ məsəlsinin həllini Azərbaycanın prezidentindən və xaqının vətənpərvər övladlarından başqa heç kim istəmir! Qarabağ münaqişəsinin həlli üçün bütün vicdanlı vətənpərvər Azərbaycan vətəndaşlar ALTERNATİVSİZ LİDER İLHAM ƏLİYEVİN ƏTRAFINDA BİR BAYRAQ ALTINDA BİRLƏŞİB HAQQIN ƏDALƏTİ BƏRPA OLUNAN KİMİ-QARABAĞ VƏ 7 RAYON AZAD OLUNANA KİMİ SON NƏFƏSİMİZƏ QƏDƏR VƏ SON DAMLA QANIMIZA KİMİ VURUŞMALIYIQ AZADLIĞIMIZ NAMİNƏ! ONSUZ DA AZADLIĞIMIZ NAMİNƏ VURUŞMASAQ QULA ÇEVRİLSƏK MƏHVƏ MƏHKUMUQ

Leyla Əliyeva: 2018-06-09 16:43:34

“Facebook” səhifəsində oxuculara etdiyi müraciətində hamını vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Rus dilində olan yazı tərcümə ilə təqdim olunur: “Azərbaycanın müstəqilliyini qoruyan döyüşçülərə - əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birgə vətənimizin sahibiyik. Artıq ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq.»

Cəlil 2018-06-09 16:43:34

Niyə bu Qarabağ tərəfdən bəs hücuma keçilmir düşməndən torpağımız azad edilmir?

Ədalət naminə qeyd edirəm ki, 2018-06-09 16:43:34

orduda cənab Ali Baş Komandan zati-aliləri İlham Əliyevin rəhbərliyiylə aparılan islahatların general-polkovnik Zakir Həsənovun həyata keçirməsiylə ən əsas fəaliyyət kimi döyüşə hazırlığın vacib şərti və döyüşdə qələbənin həlledici faktoru olan yüksək MƏNƏVİ-PSİXOLOJİ HAZIRLIĞA nail olmaq üçün məqsədyönlü silsilə MƏNƏVİ-PSİXOLOJİ TƏMİNAT TƏDBİRLƏRİ sahəsində daimi-davamlı-kəsilmədən kəsərli aparılna işlərin artıq müəyyən müsbət təzahürləri görünməkdədir. ORDU - müqqəddəs yer, HƏRBİ XİDMƏT - şərəfli əsgəri borc, HƏRBİ RÜTBƏ VƏ VƏZİFƏ - dövlət-hökümət-vətən-xalq qarşısında məsuliyyətdir, RÜTBƏ VƏ VƏZİFƏ ARTQIQCA MƏSULİYYƏT DƏ DƏFƏLƏRLƏ ARTMALIDIR!

EWDER 2018-06-09 16:43:34

MEQAMDU DIQALARI ELE VURMAQLAZIMDI KI,CAQQAL SURUSI SES KUYLERI ALEMI GOTURSUN.VAZGENLERE OLUM

Ədaləтsiz 2018-06-09 16:43:34

Bizi Beуnəlxalq qanuna zidd(-"qlobal ədaləт" naminə) hərbi əsarəтdə saxlaуan işgalçı dovləтin əhalisi onların Azərbaуcandakı qaçqınlar nəsli qədərdir? Тəkcə son 10 ildə iki milуon erməni evini boşaldıb xaricə gedib?! Ədaləт naminə qeуd edən bilmir ki, bizi 25 il "lal-kar qurbanlıq" quzu kimi gorən rəqib daşnak da, eуni düşüncədən uтanıb işgala dozümdən qaçır?

EbuZerr 2018-06-09 16:43:34

Ermeniler bu ciddi meglubiyyeti hezm ede bilmirler. 11 000 hektarin ne demek oldugunu duşunende başlarina hava gelir. Naxcivan ali meclisinin sedri Vasif muellime ve qehreman esgere , komandirlere erazi butovluyumuzun temin olunmasi ucun kecirdikleri bu gozel emeliyyata gore şexsen men ozumu minnetdaram hesab edirem. Allah c.c 11 000 hektar torpagimiza nezaretin temin olunmasinda verdiyimiz bir şehidimize rehmet elesin, cennetde bizi de ona qonşu elesin.

Son yazılar