Tramp Sinqapura Kim Çen Inla danışıqlara yola düşüb
Baxiş sayı:
Dərc olunub:
09/06/2018 - 21:34
ABŞ prezidenti Donald Tramp bu gün Kanadadan Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Sinqapura yola düşüb.
Məlumata görə, ABŞ prezidentinin təyyarəsinin iyunun 10-da saat 20.35-də (Bakı vaxtı ilə 16.35-də) Sinqapura eniş edəcəyi gözlənilir.
Görüş iyunun 12-nə planlaşdırılıb.
Donald Tramp Kanadada keçirilən “G-7” sammitində iştirak etmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.