“MƏNİ CÜMHURİYYƏT TƏDBİRLƏRİNƏ DƏVƏT ETMƏDİLƏR” - Eks-prezident

ayaz_mutelibov_09793_412274“Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi tarixi hadisədir. Bir zamanlar Cümhuriyyətimizlə bağlı tədbirlərin keçirilməsinə hazır deyildik. Elə bir imkan da yox idi. Amma indiki halda dövlət səviyyəsində bu cür tədbirlərin keçirilməsi təqdirəlayiq haldır”.

Bunu Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsindən danışarkən deyib.

O, Cümhuriyyətlə bağlı tədbirlərə dəvət olunmamasına da münasibət bildirib.

“Rəsmi olaraq Cümhuriyyətimizlə bağlı tədbirlərə dəvət olunmamışam. Mənim dəvət olunmamağım o qədər də vacib məsələ deyil. Əsas odur ki, qoy, dövlətimizdə bu cür tədbirlər çox keçirilsin. Söhbət məndən getmir. Bütövlükdə bu cür tədbirlərin baş tutmasını görəndə sevinirəm ki, Cümhuriyyətimiz tam mənada özünü doğrultdu. Dövlətimizin və xalqımızın diqqəti göz önündədir”.

Eks-prezident Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına olan laqeydlikdən də danışıb.

“Sovet dövründə Cümhuriyyət qurucularımız haqqında hər hansı söhbət getmirdi. Sovet hökumətinin xüsusiyyətləri hamımıza bəllidir. Sovet rejimi tam fərqli idi. Ayrı-ayrı respublikaların dövlət xadimləri arxa plana keçirilmişdi. Millətlərin tarixi keçmişini unutdurmağa çalışırdılar. Geniş mənada Cümhuriyyəti quran Məhəmməd Əmin Rəsulzadə və digərləri haqqında hər hansı fikir söyləmək yasaq idi. Düzdü, bununla bağlı cəza tətbiq edilmirdi. Sadəcə, dövlət səviyyəsində onları yaddaşlardan silməyə çalışıblar. Amma xalq onları hər zaman qəlbində yaşatdı”.

Ayaz Mütəllibov müstəqil Azərbaycana rəhbərliyi dövründə Cümhuriyyətlə bağlı ideyasından da söz açıb.

“Sovet dövründə Cümhuriyyətimizlə bağlı hər hansı ideya ortaya atmamışam. Bütün səylərim Müstəqillik Aktının qəbul edilməsi istiqamətində olub. Bu, dövrümə düşən tarixi hadisədir. Yadımdadır ki, ikinci dəfə mütəqilliyimizi bərpa edəndə Cümhuriyyətimizin bizə bəxş etdiyi bayrağımıza, himnimizə yenidən sahib olduq. Əsasən Azərbaycanın müstəqillik qazanması ətrafında söhbətlər edirdik. Düzü, prezident olduğum dönəmlərdə Cümhuriyyətimizlə bağlı nəsə düşünməmişdik. Məqsədimiz o idi ki, ikinci müstəqilliyimizi əngəlsiz olaraq yaşadaq”.

635x100

Şərhlər

Şərh yazanlara 2018-06-10 12:00:06

Səksəninci ilin sonları və doxsanıncı illərin əvvələri Azərbaycanda baş verən hadisələri analiz edib,nəticə çıxardıqdan sonra şərh yazın.

Nahid 2018-06-10 12:00:06

Mütəllibovun qorxaqlığı və Rusiyadan asılılığı onu bu vəziyyətə gətirdi.O zəif olduğundan,ətrafına insanları cəlb edə ilmədiyindən və acizliyinin hesabını verdi.Ətrafını görməli və tanımalı idi.Ətrafına yaramazları toplaya bildi və onlar da onu kənarlaşdırdılar.Vəziyyəti qiymətləndirməyi bacarmadı.

Vətəndaş 2018-06-10 12:00:06

Ayaz müəllim,Azərbaycanın müstəqilliyini,onun gələcək taleini düşünən adam,onun tarixinə hörmət edən adam,ölkənin ağır vəziyyətində vəzifəsindən istifadə edərək özünə prezidentlər arasında ən yüksək pensiya kəsdirməz(4800 dollar)və gedib Moskvada oturub millətin müstəqilliyindən danışmaz.Siz hansı xidmətlərinizə görə o pensiyanı alırsınız?Müstəqillik yolunda canını şəhid edənlərin heç ailə üzvlərinə o miqdarda pensiya kəsilmir.Siz öz döğma ana dilinizdə danışa bilmirsiniz,tədbirdə hansı dildə danışacaqsını

G.M 2018-06-10 12:00:06

Ümumiyyətcə bütün hallarda çətinlik yaranan zaman Vəzifə postunu qoyub qaçanlara Xalqın hörməti olmur......Azərbaycanda bu gün də qeybətlə,siyasəti ayrıd edə bilmirlər.

BAKILI 2018-06-10 12:00:06

Sene oda azdir yaxwi edib cagimayiblar

Mühəndis 2018-06-10 12:00:06

Ayaz Mütəllibov-Azəri xalqının(məmurlar.deputatlara aid deyil.Onlar xalqı təmsil etmirlər)indiki acınacaqlı vəziyyətə düşməsinin səbəbləri sizin hakimiyyətdə olduğunuz dövrdən başlayır.Siz və komandanız çox qorxaq oldunuz......

EWDER 2018-06-10 12:00:06

HE IWINIZ VAR,SAKITCE OMURUNUZU BAWA VERIN....

Atalar sözü: 2018-06-10 12:00:06

MƏĞLUBLAR QALİBLƏRİ ALQIŞLAMAQDA MƏCBURDURLAR!

Samir mehemmedli balasi 2018-06-10 12:00:06

Sen o musteqilliyi istemirdin yaxwiki seni axcp yixdi rus peres utanmirsan sende nese umursan sene bu olkede yer yoxdu ....

nuhbala 2018-06-10 12:00:06

ujas..ujas..gör kim nə umur?

Son yazılar