«O, düşüncəli adamdır, dinləməyi bacarır» - Putin Trampla konstruktiv dialoqa ümid edir

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin «Rossiya 24» telekanalının «Sergey Brilyovla şənbə xəbərləri» proqramına verdiyi müsahibədə bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla gözləninlən görüş konstruktiv olacaq.

«O, düşüncəli adamdır, dinləməyi bacarır və müsahibi ilə aparılan arqumentlərə reaksiya verir. Bütün bunlar mənə düşünməyə imkan verir ki, dialoq konstruktiv ola bilər» - Putin bildirib.

Bundan əvvəl RF xarici işlər nazirinin müavini Sergey Ryabov bəyan edib ki, Rusiyanın xarici siyasət idarəsi Rusiya və ABŞ liderlərinin görüşünə məzmunlu hazırlıq işləri görür və münasibətlərin normallaşması və yaxşılaşması prosesinin işə salınması baxımından bu görüşə tələbat yüksək səviyyədədir. Onun sölərinə görə, Amerika tərəfi də bu mövqeylə həmrəydir.

Martn 20-də Putin və Tramp telefon danışığı aparıblar. Kremlin mətbuat xidmətinin xəbərinə görə, söhbətin yekunlarına əsasən, ABŞ və Rusiya xarici siyasət idarələrinin başçılarına görüş məsələsinin həllini işləmək tapşırığı verilib. Bundan əlavə, sonradan məlum olub ki, Tramp təkcə görüşün mümkünlüyü barədə danışmayıb, hətta bunun üçün Putini Vaşinqtona dəvət edib. Bununla yanaşı, ötən ayın sonunda Rusiya liderinin köməkçisi Yuri Uşakov bəyan edib ki, «G20»-nin noyabr ayında keçiriləcək sammitinə qədər Putinlə Trampın görüş imkanları hələlik müzakirə olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar