“MƏNİ BİR AKADEMİKİN ADI İLƏ SÖYƏNLƏR...” - Mir Şahindən etiraz

"Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb".

Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır:

“Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.

Mir Şahin vurğulayıb ki, o, elə-belə jurnalist deyil:

“Mən 25 il bundan öncə Gəncə hadisələrini, Azərbaycan dövlətinin neçə parçalandığını, bizim vətəndaşlarımızın bir-birini necə qırdığını, Şimal tərəfdən “Sadval” təşkilatının nümayəndələrinin zurna çala-çala bizim sərhədi necə tapdalayıb keçdiyini görmüşəm. Vahid Mustafayevlə mən o kütlənin ayağının altında qalmışıq. Bizi Dərbəndə əsir aparıb Rus Dram Teatrında 8 saat girov saxlayıblar. Mən Qarabağda gedən döyüşlərdə olmuşam. Və mən bu dövlətin nə boyda çətinliklər, əzab-əziyyətlər bahasına formalaşdığının şahidiyəm. Nə vaxtsa mən ölüb gedəcəm. Amma Azərbaycan jurnalistikası tarixində bapbalaca bir cümlə də olsa, adım yaşayacaq. Məni söyənlər o cümləyə hörmət etməyən insanlardır. Allah onların canını salamat eləsin!”

635x100

Şərhlər

elcin-jurnalist telebe yoldasi t. adelet beye 2018-06-10 13:05:22

seyidaqa movsumluye o bizim dostumuzdur, bezi vaxtlarda sengerlerde eqni vaxtda olmusuq.Qeyretli kisidir.Ancaq o video operator idi- mirsahin ise pesekar jurnalist. o ki qaldi mirsahinin kimler terefindense MM-de soyulmesine men ona da haqq qazandirmiram. cunki O vaxt mirsahin qorxmadan bezi heqiqetleri yazmisdi deye o tehqirlere meruz qalmisdi- hetta prezident bu hadiseye gore mirsahini qebul etmisdi ve onlara destek olmusdu. Yeni bir az heqiqete duz baxmaq lazimdir. Bir bireye gore yorqani yandirmazlar

elcin jurnalistden t. adelet beye 2018-06-10 13:05:22

adelet bey- men ozum de herbci jurnalist olmusam-ele vaxtlarim olub ki sengerlerde gecelemisem- amma mirsahinin ele nehlukeli pozisiyalardan cekilisler aparmasinin-onun qorxu bilmeden on xettdeki esgerlerimizle gorusmesi ve onlara urek-direk vetmesinin sahidi olmusam. Mirsahin isinin pesekaridir-onun muharibelerden- elcibeyden- heyder eliyevden- ayaz mutellibovdan isa qamberden- suret huseynovdan- etibar memmedovdan vaxtinda ve lazimi meqamda aldiqi musahibeler bu gun eyani vasiter kimi istifade olunur

elcin -jurnalist telebe yoldasi-NA CAVAB: 2018-06-10 13:05:22

... SƏNİNG DOSTUN azərbaycanlılrın qanının QARABAĞDA axıdılmasını çəkib xarici kəşfiyyat orqanlarının kölgəsi olan BBC,CNN,OBN,NTV kanallarına satmaqla ANS özü də xarici kəşfiyyat orqanlarının kölgəsinə çevrilmiş idi, sonradan AZƏRBAYCANDA HAKİMİYYƏT MÖHKƏMLƏNƏNDƏN SONRA DA, BAŞDADILAR BURDAKI VƏZİFƏLİLƏRƏ YALTAQLANMAĞA VƏ AXIRDA TARİXİ ŞƏXSİYYƏT AKADEMİK CƏLAL ƏLİYEV Mirşahinə TARİXİ QİYMƏTİNİ VERDİ!

Aleks 2018-06-10 13:05:22

Cəbiş müəllimin Makedona dediyi o məhşur söz çox yerinə düşür:"Əgər bir vaxt bilsən ki, səni nə üstə vurdular, bəlkə səndən adam oldu". ... sən hələ bilmirsənki səni niyə söyürlər? Heç də düşünmə ki, səni söyənlərin hamısı gənclərdir, yaxşı tanımırlar,ona görə söyürlər. Əksinə,sonrakı "fəaliyyətinə" elə yaxşı bələd olduqlarl üçün söyürlər. Lisenziyanız ikinci dəfə dərpa olunduqdan sonra "dəqiq, vicdanlı və qərəzsiz" mövqeyinizi itirdiniz...............

Qəzetçi 2018-06-10 13:05:22

Ədalət bəy sizinlə tam razıyam.Seyyidağanın heç dırnağı da ola bilməz ...BUNLAR ANCAQ REKLAMLA MƏŞĞUL OLUB.

t.ədalət 2018-06-10 13:05:22

Jurnalist Elçinə: bu gün Qarabağ savaşı haqqında ən nadir və real döyüş kadrları ancaq və ancaq Seyidağa Mövsümlüyə aiddir.Döyüşən hissədə--ön xətdə heç vaxt Mir Şahin,nə də digərləri olmayıb.Çünki bu heç mümkün ola bilməzdi.Çəkiliş üçün bəzən arxa cəbhə xəttində də atəş-filan təşkil olunub.Müharibəni biz yaşamışıq,kimin nəyə qadir olduğunu Sizdən çox bilirik.Fikrinizi bildirəndə ehtiyatlı olun.

o.b.n 2018-06-10 13:05:22

iki başlı oyunun ucbatından BBC,CNN,OBN,NTV kimi şöhrət tapmış ANS əvvəlcə xalqın gözündən salındı sonrada bağlandi sadə insanların ümüd yeridi ANS.ANS-də cox vicdanlı savadlı, peşə təcürbəsi olan vətənpərvər kadırlar var ıdi onlarda işini itirdi.Bir mütəxəsin yetişməsi ücün zaman və məkan lazımdır oda keçdi.

o.b.n 2018-06-10 13:05:22

ANS ittifaq ilk müstəqil TK idi Azərbaycan üçün çox işlər gördü onun qızıl fonu var kı gələcək nəsil ondan dəyərli fakt kimi istifadə edəcəklər onu qorumaq lazım idı heyif kı bu xalq onuda qoruya bilmədi.Qaldı sənə söyənlərə onlar 2 qurupa bölünür.1-cılər yıxılana balta vuranlardı.Vaxtılə Ans onları ifşa edib necə nefti ourlayırdılar,üzvü olmayn Partiyalar jek süpürgəçilərin patiyanın fəallaı kimı qələmə verənlər,saxta seçkikeçirələr,rüşvət alanlardı.2-cilər isə ona görə söyür ki ans-si qorumadın sənin

elcin-jurnalist telebe yoldasi 2018-06-10 13:05:22

onu basa dusmek ucun pesekar tamasaci olmaq lazimdir- bunu mirsahin bey de isteyir. uqurlar real tv-ye

elcin -jurnalist telebe yoldasi 2018-06-10 13:05:22

men mirsahini hele telebelik dovrunden taniyiram-vetenperver-cesaretli- melumatli ve mutaliesi ile secilirdi.jurnalistikada da oz dest-xetti olan bir pesekardir. men defelerle yazmisam ki bu gun pesekar jurnalistika ucun mirsahin cevikliyine- mentiqine minnetdar olmaliyiq. Xususen qarabaq muharibesine dair en pesekar ve nadir kadrlar mehz ona aiddir.o kadrlar olmasa bu gun tv-ler -in arxivleri bos qalardi.Mirsahini tenqid etmek olar-amma tehqirlere layiq deyil.onu duzgun basa dusmek ucun pesekar tamasaci

rena 2018-06-10 13:05:22

Görən rəhmətlik akademik sağ olsaydı indi necə nə deyərdi sənə.

Davud 2018-06-10 13:05:22

Görün Mirşahin necə insandır ki, hörmətli akademil o yaşında özünü saxlaya bilməyib, hətta Milli Məclis tribunasından bunu söyüb. İnsanda nə qədər ....olmalıdır ki, özünə bəraət qazandırmağa cəhd etsin......Zəmanə korlanıb,insanlar cılızlaşır.Allah Azərbaycan xalqına yardımçı olsun,Amin !

Mixaylo 2018-06-10 13:05:22

Təəssüf! Gərək akademik öz yaşına, elmi dərəcəsinə, ictimai mövqeyinə və bir çox başqa səbəblərə görə söyüş söyməyəydi. Hansısa yunan filosofuna deyirlər: filankəs sənin haqqında pis danışırdı. Çünki ona yaxşı danışmaq öyrətməyiblər- deyə, filosof cavab verib.

Qəzetçi 2018-06-10 13:05:22

Sən jurnalistikaya böyük ləkəsən.Qarabağ və Ç.Mustafayev kartından istifadə edib var dövlət topladız. Sonralar məlum oldu ki döyüş gedə gedə niyə sizi çəkiblər.indi yenə fırlatmaq istəyirsən? Keçməz.

Oxucu 2018-06-10 13:05:22

Ramazan ayidir. Qedir gecelerinde Uca Allaha coxlu dua et ki bagishlanasan, o zaman belke xalqinda gozunde berpa olundun. Yolu budur!

Məmmədzadə Nilufər 2018-06-10 13:05:22

ANS Azərbaucanın jurnalistika tarixində əhəmiyyətli rol oynayıb. Mirşahin Ağayev güclü və istedadlı jurnalistdir. Onun öz yolu, məktəbi vardır. Onun telüviziya məkanına qayıtmasına çox sevindim. Komanda olaraq ANS kimi qayıtmalarını çox arzulayıram.

AYRİM 2018-06-10 13:05:22

AVAZİN YAXSİ GƏLER MİRSAHİN QAXA OXUDUXUN QURAN OLSA. AY MİRSAHİN SƏN HANSİ JURNALİSTKADAN DANİSERSAN? YANİ BU VARMİ? AMASOV BUNU ELƏ GUNƏ SALDİ Kİ İNDİ OZU ADİNİTUTMAXA UYANER...

Rəhim 2018-06-10 13:05:22

Səni Cəlal Əliyev söyəndə nəticə çıxara bilmədin? İnsanın sifəti olar.Nə üzlə yenə ortaya çıxırsan? Səni kim maliyyələşdirib ki, televiziya açırsan? Bu televiziyaya baxan var? İndi də sayta çıxıb özünü reklam edirsən.Səni heç yada salan var? Utanmasan oynamağa nə var ki?

matin 2018-06-10 13:05:22

Mirşahin, xalqın yanında olmaq lazımdır.... Onda xalq ola bilsin sizi bağışlasın!Məgər sizin beyniniz o dərəcədə dumanlıdır ki, ölkədə baş verənləri görmürsünüz. Heç olmasa onda susun!

yusif-1313 2018-06-10 13:05:22

Sənin söyüşdən sonraki hərəkətlərin göstərir ki akademik ....

t.ədalət 2018-06-10 13:05:22

Əlbəttə,Mir Şahinə görə onun ağır seyid olan valideynlərini də söyüş obyekti seçmək günahdır.Amma burası da var ki,Mir Şahin "real" tv-nin rəhbəri yox,icraçı direktorudur..

ayzek 2018-06-10 13:05:22

SƏNİ BİR AKADEMİKİN YOX,YEK AKADEMİKİN ADI İLƏ SÖYÜRLƏR.

G.M 2018-06-10 13:05:22

Biri Nənəsiylə Metroya minəndə qəsdən Aparata pul salmır,(( ``aparat`` Qocanı tutur` .Nəvə Nənəsinə deyir ki,Ay Nənə sən Babama nə vaxtsa xəyanət eləmisən..Ona görə Bu cihaz bilib,səni tutur.Boynuna almsan həmişəlik qalacaqsan Metroda..Arvad sadəlöhvlükdən yazıqcasına deyir ki,hə ay bala olub.``Baban varıf saldatlığa getmişdi``.Amma cəmi bircə dəfə. Bu da ona oxşadı.Ancaq o ``bir dəfə`` elə intonasiya və arqumentlərlə oldu ki,yüz dəfəyə bərabər.Allah CALAL DAYIYA RƏHMƏT eləsin.AMİN

alı 2018-06-10 13:05:22

Keçmişi tez-tez gözlərə soxma.Bu günündən danış.O dövrdə az qala hamı vətənpərvər idi.Sən də hamıdan bir addım irəlidə görünürdün.Bu gün yaltaqlıgın, vicdanını dəyər-dəyməzə satanların zamanıdır. Sən Mirşahin yenə öndə getmək üçün var qüvvəni sərf edirsən.İnsanlar o vaxt səni tanımırlardı və Akademikin sənin haqqında dediklərinə cooooxları narazı qalmışdı.Bu günsə həmin insanlar AKADEMİKİN VERDİYİ QİYMƏT ÖZÜNÜ TAM DOGRULDUB demək istəyirlər. Nədən inciyirsən ki? ...

TARİX 2018-06-10 13:05:22

ALLAH RƏHMƏT ELƏSİN AKADEMİK CƏLAL ƏLİYEVƏ.

miri 2018-06-10 13:05:22

Mirsahin, kecmiş və son illər etdiklərinizi coxumuz görmüşük. İnanki, həmin akademik Sizi (o vaxtlar Siz deyərdik) elə adlandıranda el icində hörmətiniz hecdə onun hörmətindən az deyildi. Coxlarının yanında hətta onunkundan da dəfələrlə cox idi. Cünki, Məmləkətin inkişafı ücün ən vacib lazım olanın- demokratiyanin bərqərar olmasındakı xidmətləriniz coxundan irəli idi. Amma son illər demokratik vəziyyət azaldıgı vaxtda, bunun səbəbkarlarına yanaşmanizla ilə "akademikin söyüşü"ndən......

S.ŞamiL 2018-06-10 13:05:22

ALLAH rəhmət eləsin Akademikə......sən illərlə birgə oxuduğun insana salam vermədin. Çünki pul səni tez dəyişdi

Sus 2018-06-10 13:05:22

sani ona gora soyurlar ki,aqa qara deyirsan.

Müfəttiş 2018-06-10 13:05:22

Taktika dəyişildi. Niyə söyürlər,bax bunu bilməmiş olmazsınız....

Вугар 2018-06-10 13:05:22

...ne minnet goyursan devlete millete ne xidmetin olub senin .....

HƏR KƏS HAQQ ETDİYİ YAŞAR: 2018-06-10 13:05:22

SƏNƏ DƏ TARİXİ QİYMƏTİ TARİXİ ŞƏXSİYYƏT VERMİŞDİR-AKADEMİK CƏLAL ƏLİYEV! a.... neynirsən elə xeyri yoxdur! Ruslar demişkən: "Ты уже прочитанная книга, с тобой все ясно....

Son yazılar