PROFESSOR QARABAĞLA BAĞLI PUTİNƏ MƏKTUB YAZDI – “Qarabağ məsələsində Azərbaycana alçaldıcı münasibət...”

Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kaferdrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev Rusiya prezidenti Vladimir Putinə yeni bir məktub ünvanlayıb. “Qarabağ məsələsində Azərbaycana alçaldıcı münasibət” bağlığı ilə yazılmış məktubda professor T.Ə.Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə “öz müqəddəratını təyin etmək” adı altında haqq qazandırılmasının yolverilməz olduğunu bildirir.

Bu cür yanaşmanın Azərbaycanın suverenliyinə qəsd olmaqla yanaşı, beynəlxalq hüquqa da zidd olduğunu vurğulayır. Problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini vurğulayan professor Tofiq Quliyev Rusiyanın bu məsələnin obyektiv həllinə yardım göstərməsinin zəruri olduğunu vurğulayıb.

“AzPolitika.info” həmin məktubun həm rus dilində yazılmış orijinal mətnini, həm də tərcüməsini təqdim edir:

Qarabağ probleminin həlli üçün variantların seçilməsi

Milli azlıqların suveren dövlətin ərazisini ələ keçirməsi cəhdi etnik qruplara özünü idarəetmə statusunun verilməsi anlayışına ziddir. Çünki bu proses təcavüzü ifadə edir, onu bir növ legitmləşdirir. Ərazi üzrə özünü idarəetmə statusu və ya muxtariyyət bu muxtariyyətin aid olduğu dövlətin suverenliyini pozmaq demək deyil. Əks halda bu, mərkəzi dövlətlərin öz suverenliyini, ərazi bütövlüyünü itirməsilə nəticələnər. İndiki halda belə çıxır ki, etnik qruplar bir dövlət daxilində daha çox hüquq əldə edirlər. Əslində isə mərkəzi hakimiyyətin özü etnik qrupların özünü idarəetmə statusunu və səviyyəsini müəyyənləşdirməlidir.

Ölkə ərazisinin müəyyən hissəsini işğal etdikdən sonra bu qruplar öz iradələrini suveren dövlətə diktə edirlər. Beləliklə, belə çıxır ki, milli azlıqların maraqları yerli əhalinin və dövlətin maraqlarının ciddi şəkildə pozulması hesabına həyata keçirilir. Bu halda milli azlıqların öz müqəddəratını təyin etmək hüququ milli hökumətin vahid dövlət idarəçiliyini həyata keçirmək hüququ, vəzifəsi ilə ziddiyyət təşkil edir. Nəticədə milli azlıqların xeyrinə, ölkənin köklü əhalisinin isə ziyanına olan disbalans yaranır.

Belə hallarda sual yaranır: Azərbaycan bu vəziyyətdə öz təhlükəsizliyini necə təmin edə bilər?

Burada əsasən 2 variant var: ya Azərbaycan dövləti cavab zərbəsi ilə ərazilərini işğaldan azad etməlidir, ya da ərazisinin işğal olunması ilə razılaşmalıdır.

Ancaq eyni zamanda 3-cü variant da var: erməni icmasına dünyada qəbul olunmuş ən yüksək səviyyəyə (Tatarıstan, Başqırtdıstan və s.) uyğun öz müqəddəratını təyin etmə hüququnun verilməsi. Buna da, Azərbaycanın razı olduğunu Prezident dəfələrlə bildirib.

Yeri gəlmişkən xatırlayaq ki, Azərbaycan ermənilərə böyük imtiyazlar verməyə, güzəştlər etməyə hazır olduğu halda, İspaniya Kataloniyaya heç bir imtiyaz təqdim etməmişdir. Nəinki güzəştə getmədi, hətta Kataloniyaya müstəqillik istəyən hərəkatın təxminən 700 üzvünü həbs etdi, liderlərini isə Avropa ölkələrində axtarışa verdi.

Ancaq respublikamız erməni icmasına qarşı belə kəskin mövqe nümayiş etdirmək istəmir. Biz çox yaxşı bilirik ki, sadə ermənilər arasında sağlam düşüncəli və namuslu insanlar da var. Hansı ki, onlar öz "liderlərinin" əsiri olub və ya toruna düşüblər. Oğulları yad torpaqlarda ölən erməni anaları və atalarını yaxşı başa düşürəm və onlara acıyıram.

Beynəlxalq norma və qaydalara görə, öz ərazi bütövlüyünü qoruya, ərazisinə nəzarət edə bilməyən dövlətlər fəaliyyət qabiliyyəti olmayan dövlət hesab olunur. Bu meyar təcavüz faktının dövlətin suverenliyinin pozulmasına və reytinqinin pisləşməsinə təsir edən əsas göstəricilərdən (dünyada qəbul edilmiş 12 göstəricidən) biri hesab olunur.

Belə bir vəziyyətdə, hörmətli Vladimir Vladimiroviç, 7 may 2018-ci il tarixində İnauqurasiya mərasimi zamanı Sizin qeyd etdiyiniz sözləri xatırlamaq olar: "Ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq lazımdır". Sözlərinizlə razıyam və hesab edirəm ki, Siz də Azərbaycanın suverenliyinə təcavüz edilməsindən narahatsınız.

 Ərazi bütövlüyü ilə suverenliyin nisbəti haqqında

Dövlətçilik, milli təhlükəsizlik, suverenlik ilk öncə ölkənin ərazi bütövlüyü ilə təyin olunur. Bu, digər əlamətlərlə müqayisədə fundamental bir əsasdır, dominant meyardır. Bu baxımdan Azərbaycan əraziləri təcavüzə məruz qalaraq işğal edildiyindən, dövlətin suverenliyi və təhlükəsizliyi əhəmiyyətli dərəcədə aşağı səviyyəyə düşmüşdür.

Hər bir ölkə, o cümlədən Azərbaycan bir dövlət kimi, öz suverenliyini təmin etmək və kompleks təhlükəsizlik sistemini formalaşdırmaq hüququna malikdir. Bildiyimiz kimi, Rusiya 2017-ci ildə öz iqtisadi və siyasi strategiyasını qəbul edib. Bu, çox yaxşıdır və həqiqətən də biz həmişə Rusiyanın bütün problemlərinin təhlükəsiz və yüksək səviyyədə həll olunmasını dəstəkləyirik. Rusiya tərəfinin də Azərbaycanın təhlükəsizliyi ilə əlaqədar eynilə narahat olmasını istərdim.

Öz müqəddəratını təyin etmək üçün əsaslar və səbəblər

Bir qayda olaraq, hansısa millət və ya milli azlıq zülmə məruz qaldıqda, qeyri-bərabər hüquqlara malik olduqda, obyektiv olaraq öz müqəddəratını təyin etmək tələbi yarana bilər. Azərbaycanda isə ermənilərə azərbaycanlıların və eləcədə digər millətlərin malik olduğu bütün imtiyazlar, hüquqlar verilmişdir. Biz onlarla mehriban dostluq şəraitində yaşayırdıq.

Buna görə "öz müqəddəratını təyin etmək" və "ayrılmaq" anlayışları eyni ifadələr kimi başa düşülə bilməz. Ermənilər əvvəllər də Azərbaycan dövlətinin əldə etdiyi gəlirlərdən ölkənin digər vətəndaşları kimi istifadə edirdilər və gələcəkdə də edə bilərlər. Bu mənada, Azərbaycan Respublikasında yaşayan bütün etnik azlıqlar eyni hüquqlara, eyni yaşayış şərtlərinə və statuslarına malikdirlərlər - bütün bunlar əslində, onların öz müqəddəratını təyin etmə statusunun təcəssümü sayıla bilər. Bir sözlə, ermənilər artıq öz müqəddəratını reallaşdırıb və Azərbaycan daxilində də yuxarıda göstərilən qarşılıqlı məqbul variantlardan birini seçməklə həyata keçirilə bilərlər.

Hər hansı bir ölkənin daxilindəki milli azlıqlar üçün həm də milli-mədəni muxtariyyət variantı da mövcuddur. Bu halda, milli azlıqları dövlətin yerli əhalisi arasında yaşayan insanların etnik icmasının tarixi forması kimi qiymətləndirmək olar.

Bundan başqa, qeyd etmək lazımdır ki, milli dövlətlərin və millətlərin öz müqəddəratını təyin etməsi problemi ikinci dünya müharibəsindən sonra aktual idi. Hansı ki, müstəmləkə boyunduruğundan azad olan (İngiltərə, Fransa, və s. timsalında) millətlər bu tələblə çıxış edirdilər.

Bu zaman öz müqəddəratını təyin etmə tələbi ilə çıxış edən millətlərlə inkişaf etməmiş ölkələr və müstəmləkəçi dövlətlər arasında ziddiyyətlər meydana gəlirdi.

Deməli, müasir dövrdə bəzi ölkələr tərəfindən başqalarının ərazilərini işğal etməklə, zorakılıq yolu ilə, hansısa millətin suverenlik əldə edilməsinə cəhd olunması nəinki aktual deyil, həm də qanunsuz, beynəlxalq hüquqa zidd hərəkətdir.

Milli xudbinlik, milli nihilizm

Milli münasibətlər çox mürəkkəb prosesdir. Problemsiz baş verən heç bir milli proses yoxdur. Buna görə də millətçiliyə və şovinizmə qətiyyən yol vermək olmaz. Bu anti-dini və anti-milli tendensiyalara, ekstremizmə, insanların psixologiyasının zəhərlənməsinə səbəb ola bilər.

Hazırda milliyyətçi düşüncə, ön yargı yalnız millətlər arasında deyil, həm də dövlətlər arasında geniş yayılmışdır. Bu xüsusilə iqtisadi sahədə, dünya bazarını ələ keçirməyə cəhd edən ölkələr, dövlətlər arasındakı müxtəlif münasibətlərdə özünü göstərir. Dünyada əsassız olaraq milli proteksionizm, dünya liderliyinə can atmaq, millətlərarası soyuqluq və sair hallar getdikcə artır. Bu, bir çox ölkələrə, eləcə də Rusiyaya, xüsusən də Azərbaycana mənfi təsirini göstərir.

Yalanlara əsaslanan təcavüzkar davranış

Müasir dövrdə təcavüz kimi zərərli psixologiya yalançı "öz müqəddaratını təyin etmə" prinsipi altında gizlədilir. Bu da özünü ölkələrin parçalanmasında, hakimiyyətlərin qeyri-qanuni yollarla ələ keçirilməsində, ölkələrin daxili işlərinə demokratiyanın "müdafiə" şüarı altında kobud müdaxilələrdə, həmçinin beynəlxalq geosiyasi proseslərdə özünü biruzə verir. Belə mənfi tendensiyalardan Azərbaycan və dünyanın digər ölkələri əziyyət çəkir. Bəziləri belə metodlardan - mili eqoizmi, separatizmi gücləndirmədən, başqalarının torpaqlarını, hakimiyyəti ələ keçirməkdən öz mənfəətləri üçün istifadə edirlər.

Ermənistanın keçmiş prezidenti S.Sarkisyan 07.03.2017-ci ildə Fransada iddia etdi: "Azərbaycan bizi müharibə ilə təhdid edir. Beynəlxalq ictimaiyyət Azərbaycana təsir etməlidir".

Bu yalandır, Azərbaycan Ermənistanı təhdid etmir, amma işğal edilmiş ərazilərini azad etmək və geri qaytarmaq istəyir. Bu açıq bir həqiqətdir. Bütün dünya bilir ki, Azərbaycan deyil, Ermənistan Azərbaycan ərazilərini zorakılı formada ələ keçirmişdir. Burada yalnız bir ifadənin işlədilməsi yerinə düşər - təcavüz.

Zülmün, təcavüzün heç vaxt əxlaqi, etik təməlləri olmayıb və olmayacaqdır. Bu şərtsiz, mütləq bir həqiqətdir! Həqiqət birmənalıdır - onu başqa bir şəkildə izah etmək, adlandırmaq mümkün deyil. Təəssüf ki, təcavüzkarlıq və qeyri-təcavüzkarlıq arasında demarkasiya xətti kifayət qədər düzgün çəkilmir.

Ərazisinin zəbt olunması, sərhədlərinin kobud şəkildə pozulması, suverenliyinə, o cümlədən iqtisadi və siyasi suverenliyinə hər hansı müdaxilə zərərçəkən ölkəyə konseptual olaraq təcavüzkara müharibə elan etmək hüququ verir. Ancaq müharibə böyük dağıntılara, vəhşiliklərə səbəb olur. Ona görə də, xüsusən qonşu ölkələr arasında müharibəyə imkan verilməməsi daha yaxşıdır. Bu məsələnin kritik nöqtədə dayanmaq çox təhlükəlidir.

Bütün dünya və ermənilərin özləri də bilirlər ki, müharibəni Azərbaycan tərəfi başlamamış, Azərbaycan başqa ölkənin torpaqlarını ələ keçirməmişdir. Beləliklə, biz sülh və sabitliyin, eləcə də dinc həyatın mənasını və dəyərini gözəl dərk edirik. Lakin Azərbaycanın tolerantlıq dərəcəsinin də müəyyən bir hüdudu, həddi var.

Sülhə məcburetmə

Hazırda münaqişənin hər iki tərəfini sülhə məcbur etmək istiqamətində ziddiyyətli ritorika mövcuddur. Silahlı münaqişələrin qarşısını almaq üçün müvafiq mexanizmlərin və konsepsiyaların mühüm rolu inkar edilməzdir. Bu vəziyyətdə ilk vəzifə hərbi münaqişələrin qarşısını almaq, münaqişə şərtlərini və amillərini neytrallaşdırmaq, yaxud aradan qaldırmaq olmalıdır. Lakin, işğal olunmuş ərazilərin azad edilməsinə, sülhə nail olmaq mümkün deyil. Heç bir suveren dövlət, o cümlədən ABŞ, Rusiya, və başqaları ərazilərinin işğal olunması faktı ilə razılaşmaz.

Birdəfəlik dərk etmək lazımdır ki, ölkələr, millətlər arasında münaqişələr həmişə dünyada, eləcə də regionlarda kompleks problemlər yaradıb və yaradacaqdılar.

Təsadüfi deyil ki, sülhə məcbur etmək imtiyazlı diplomatiya metodu kimi qiymətləndirilir. Hansı ki, sülhməramlı danışıqlar, aksiyalarla həyata keçirilir. Dünyada bundan başqa heç bir alternativ konsepsiya yoxdur. Mövcud problemlərin sülh yolu ilə həlli üçün başqa heç bir paradiqma və standart yoxdur.

Yeri gəlmişkən, sülhə məcbur etmənin əsas formalarından biri təcavüzün qarşısını almaqdır - bu BMT-nin qərarıdır. Lakin Ermənistanı silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasına dair BMT-nin 4 Qətnaməsi var.

Sual yaranır - müharibənin qarşısını almaq üçün başqa hansı həlledici variantlar icad ediləcəkdir?

Başqa bir variant da var: yalançı manipulyasiya - problemlərin saxta manipulyasiyası... Amma işğaldan ötən müddətdə bu variantdan tam istifadə edilmişdir. Bütün dünya kimin işğalçı olduğunu bilir.

Budur, artıq 25 ildir Azərbaycan sanki təlqin altındadır: təcavüzkar tərəf özünün haqlı olduğunda israr etməli, işğalına haqq qazandırmalıdır, Azərbaycan isə səssiz qalmaq məcburiyyətindədir? Hətta heç kimi maraqlandırmır, nə üçün Ermənistan Azərbaycanın dövlətinin beynəlxalq səviyyədə tanınan qanuni ərazilərini ələ keçirməlidir? Bəlkə bu da hipnozdur?

Millətlərarası ünsiyyət mədəniyyəti

Müasir şəraitdə, xalqlarımız arasında baş vermiş xoşagəlməz hadisələrin elmə əsaslandırılmış sakit, emosiyasız təhlili bizim fikrimizcə, böyük əhəmiyyətə malikdir. Burada əsas rolu beynəlxalq münasibətlərdə və ünsiyyətdə mənəvi proseslərin hərtərəfli analizi oynayır. Bu proses digər hadisələrdən ayrı, epizodik yox, bütöv bir şəkildə qiymətləndirilməməlidir. Eyni zamanda, respublika və millətlər arasındakı effektiv, lokal və qlobal iqtisadi, mədəni əlaqələri aşkara çıxarıb, təbliq etmək lazımdır. Ermənistan iqtisadi müstəqilliyinə, suverenliyinə özünütəcrid və Azərbaycanla qarşıdurma şəraitində başladı. Həmin dövrə qədər Ermənistan Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə edərək, yük dövriyyəsinin 90% -ni, idxalın 85% -ni və yanacaq fondunun 80% -ni həyata keçirmişdir. Görünür, bu, Ermənistanın müəyyən dairələrini qane etmirdi. Bu səbəbdən 1988-ci ildən sonra Bakı-İrəvan dəmir yolunda bir çox terror hadisəsi təşkil edilmişdi və çoxlu insan öldürülmüşdür.

Həyat göstərir ki, həddən artıq radikal emosiyalar hətta münaqişələri alovlandırmaq istəyənlərə də fayda gətirə bilməz. Hesab edirəm ki, iki ölkə xalqları arasında gərginliyin yumşaldılması, keçmiş sosial- iqtisadi əlaqələrin bərpası üçün ağılın qələbə çalması və Rusiyanın bu sahədə yardımı lazımdır. Cənubi Qafqazda təhlükəsizliklə bağlı ciddi düşünməyin vaxtıdır!

Dərin hörmətlə, professor Tofiq Əvəz oğlu Quliev.

 Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, iqtisad elmləri doktoru, Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü 

E-poçt: [email protected]

Əlaqə nömrəsi: + 994 50 580 61 63

Президенту Российской Федерации В.В.Путину

Унизительная логика в отношении Азербайджана по вопросу Карабахской проблемы

 О выборе вариантов урегулирования Карабахской проблемы

Вариант захвата территории суверенного государства со стороны этнических меньшинств неадекватен в понятии самоуправления этнических групп, так как данный процесс выражает агрессию. Территориальное самоуправление, автономия вовсе не означает нарушение суверенитета государства, в котором функционирует данная автономия. Иначе центральное государство в таком варианте еще больше потеряет свой суверенитет. Получается так, что этнические группы при этом приобретают больше права внутри государства, чем центральная власть, ведь на самом деле обычно сама центральная власть определяет статус и уровень самоуправления этнических групп. В варианте же оккупации территорий данные группы диктуют свою волю против суверенного государства. Таким образом, получается, что интересы национального меньшинства реализуются за счет грубого нарушения интересов коренного населения и государства. При таком варианте права на самоопределение национальных меньшинств вступают в противоречие с правами национального правления. Получается дисбаланс в пользу национального меньшинства, в ущерб коренной нации. В таких ситуациях возникает вопрос: как Азербайджану обеспечить свою безопасность?

Здесь остается 2 варианта ответа: обеспечить через ответный удар или просто согласиться с захватом своей территории.

Есть также 3-ий вариант – реализация самоопределения армянских общин на высоком уровне, соответствующим мировым требованиям (Татарстан, Башкортостан и др.), об этом неоднократно говорил президент Азербайджана. Кстати, говоря о всех привилегиях, предоставленных армянам, вспоминаются привилегии, которые Испания не предоставила в отношении Каталонии. Не только не предоставила, но и осудила oколо 700 человек, а лидеров объявила в розыск по Европе.

        Наша республика не хочет занимать крайнюю позиции в отношении армянских общин в этом варианте. Мы знаем, что среди простых армян есть здравомыслящие и порядочные, которые сами стали заложниками своих «лидеров». Я прекрасно понимаю армянских матерей и отцов, которые опечалены тем, что их  сыновья умирают на чужих землях и сочувствую им.

По правилам международных норм те государства, которые не могут контролировать целостность своей территории, считаются недееспособными государствами. Этот критерий является важным показателем ухудшения факта агрессии, показателем рейтинга (из12-ти принятых показателей в мире) и суверенитета государства. В такой ситуации, уважаемый Владимир Владимирович, вспоминаются слова, которые Вы отметили 07.05.2018-го года во время инаугурации в Вашем выступлении: «необходимо защищать суверенитет и территориальную целостность страны». Я согласен с Вашими словами и думаю, что Вы также обеспокоены суверенитетом Азербайджана.

 О соотношении территориальной целостности и суверенитета

Государственность, национальная безопасность, суверенитет первым долгом определяются территориальной целостностью. Это фундаментальная основа, критерий и признак доминантности по отношению к другим признакам. И в этом смысле значительно снижен уровень суверенитета и безопасности Азербайджанского государства, из-за агрессии.

Каждая страна и в том числе Азербайджан имеет государственные права в обеспечении своего суверенитета и приобретения комплекса системы безопасности. Я также осведомлен о том, что Россия еще в 2017-ом году утвердила свою экономическую и политическую стратегию. Это действительно очень хорошо, и мы всегда поддерживаем факт того, чтобы все проблемы России были разрешены благополучно и на высоком уровне. Я хотел бы, чтобы российская сторона также была обеспокоена о безопасности Азербайджана.

 Основы и поводы для самоопределения

     Как правило, в случае угнетения нации, у неравноправных национальных меньшинств объективно возникает беспокойство по поводу самоопределения. Армяне имели все привилегии и права наряду с азербайджанским и другими нациями в Азербайджане, мы жили с ними в дружбе. Поэтому понятия «самоопределение» и «отделение» нельзя понимать в качестве тождественных выражений. Армяне и раньше могли, и в будущем смогут в одинаковой степени пользоваться благами, доходами, которыми располагает Азербайджан. В этом смысле  можно заметить, что все национальные меньшинства, входящие в состав Азербайджанской Республики, обладают одинаковыми правами, условиями и статусами проживания – все это и есть воплощение их статуса самоопределения. Одним словом, самоопределение уже реализовано или сможет реализоваться в вышеуказанном взаимоприемлемом варианте.

Есть также вариант национально-культурной автономии для национальных меньшинств внутри данного государства. В таком случае национальные меньшинства можно оценивать, как историческую форму этнического общества людей, проживающую среди коренного населения данного государства.

       Кроме этого, необходимо отметить, что проблема самоопределения нации и национальных государств была актуальна после второй мировой войны, после освобождения страны от колониального ига, гнета (на примере Англии, Франции и т.д.). В это время лозунг национального самоопределения нации выступает в качестве противоречия между слаборазвитыми странами и странами-колонизаторами.

Следовательно, приобретение суверенитета, тем более, его обеспечение путем насилия и оккупации чужих территорий со стороны некоторых стран в современном мире уже стало не только неактуальным, но и незаконным действием.

 Национальный эгоизм, национальный нигилизм

Национальные отношения представляют собой сложный процесс. Не бывает национальных процессов, протекающих без проблем, следовательно, нельзя допускать появления национализма и шовинизма в этой сфере. Это может порождать антирелигиозные и антинациональные тенденции, экстремизм и турбулентности, отравление психологии людей.

Ныне националистические предрассудки получили широкое распространение не только между нациями, но и государствами. Это в особенности показывает себя в экономической сфере, в процессе захвата мирового рынка, в различных формах взаимоотношений между странами, государствами.  В мире растет необоснованный национальный протекционизм, вождизм, межнациональное отчуждение и т.д. От этого страдают многие страны, также и Россия, а в особенности Азербайджан.

 Агрессивное поведение, основанное на лжи

       Вредная психология агрессии при современных условиях стала новым вариантом и методом ложного «самоопределения», выражающемся в процессах разделения страны, в процессах прихода к власти, в процессах международного вмешательства других стран, а также грубой геополитики под лозунгом «защиты» демократии и т.д. От таких негативных тенденций и страдает Азербайджан  и другие страны мира. Некоторые извлекают из таких методов свою выгоду путем принуждения, эгоизма, сепаратизма, захвата чужих земель и прихода к власти и  даже обманом.

Бывший президент Армении С.Саркисян утверждал во Франции 07.03.2017-го года: «Азербайджан угрожает нам войной. Международная общественность должна воздействовать на Азербайджан». Это ложь, Азербайджан не угрожает Армении, а лишь просто хочет вернуть и освободить свои захваченные территории. Это очевидный факт. Весь мир знает, что это не Азербайджан – а Армения захватила азербайджанские территории, причем в радикальной, насильственной форме. Здесь уместно только лишь одно выражение – агрессия. Агрессия зла никогда не имела и не будет иметь свои моральные, эпические черты и основы. Это безусловный, абсолютный признак, аспект реальности – его ни как нельзя по-другому назвать и объяснить. К сожалению, ныне демаркационная линия между агрессией и не агрессией проводится не достаточно правильно.

  Захват чужой территории, грубое нарушение границы, суверенитет, экономический и политический суверенитет – все эти факторы концептуально дают права пострадавшей стране на объявление войны. Но война – это разрушение и дикость. Лучше этого не допускать, особенно между соседними странами. Очень опасно сидеть на критической точке в этом вопросе. Весь мир, и сами армяне знают, что войну начал не Азербайджан против Армении, не Азербайджан захватил чужие земли. Так что, мы знаем смысл и ценность мира и согласия, а также мирной жизни. Однако степень толерантности со стороны Азербайджана имеет определенные границы.

Принуждение к миру

       В настоящее время существуют противоречивые риторики о принуждении к миру тех или иных конфликтующих сторон. С целью предотвращения вооруженных конфликтов нельзя отрицать важную роль механизмов и концепций предупреждения этих конфликтов. В таком случае первым долгом следует нейтрализовать или ликвидировать те условия и факторы, которые порождают и препятствуют предотвращению военных конфликтов. Однако без освобождения захваченных территорий это невозможно. С захватом своей территории не согласилось бы любое суверенное государство, в том числе и США, Россия и др.

Необходимо окончательно осознать, что конфликты между странами, нациями всегда создавали и создают комплекс проблем, порождающих негативные процессы в мире и регионах.

Не случайно принуждение к миру оценивается в качестве метода, условия привилегированной дипломатии, в качестве средства, акции миротворческих разговоров и операций. В мире кроме этой нет другой альтернативной концепции, нет парадигм и стандартов для мирного разрешения существующих проблем.

Кстати, одной из форм принуждения к миру является предотвращение агрессии – это и есть решение ООН. Однако имеется 4 основных решения ООН по вопросу вывода армянских вооруженных сил из территории Азербайджана, которые не выполняются. Задается вопрос – какую же еще форму разрешения придется придумать для предотвращения войны?

Существует также вариант ложной манипуляции – ложного манипулирования проблем. Но данный вариант истратил давно свой потенциал, он исчерпан, так как весь мир знает, кто агрессор, и кто им не является.

Вот уже в течение 25 лет Азербайджан будто находится под гипнозом: агрессор продолжает настаивать на своей правоте в качестве захватнической стороны, а Азербайджан обязан молчать? И даже никто не интересуется, не задается вопросом, почему именно Армения должна захватывать законные территории Азербайджана? Возможно это тоже гипноз?

Культура межнационального общения

    В современных условиях, на наш взгляд, большое значение имеет научно-аргументированный, спокойный без эмоций анализ неприятных событий, произошедших между двумя народами. Здесь важную роль играет всесторонний анализ нравственных процессов в межнациональных отношениях и общении, этот процесс необходимо оценить не эпизодично и не изолировано от других событий, а оценить как целостное явление, одновременно раскрыть и пропагандировать эффективные, локальные и глобальные экономические и культурные связи между республиками и нациями. Армения начала свою экономическую самостоятельность, суверенитет с самоизоляции и конфронтации в отношениях с Азербайджаном. До этого периода около 90 % грузооборота, 85 % импорта и 80 % топливного запаса Армения осуществляла с помощью транспортной инфраструктуры Азербайджана. Видимо это не устроило определенные круги людей в Армении. По этой причине после 1988-го года на железной дороге Баку-Ереван был организован террористический акт, во время которого было убито много людей.

Жизнь показывает, что бесконечно радикальные эмоциональности не могут принести пользу для тех, кто разжигает конфликты. Я думаю, что в смягчении такого рода напряженности и восстановления прежней социально-экономической связи необходима победа разума и помощь России в этом поприще. Пора серьезно задуматься о безопасности в Южном Кавказе.

С глубоким уважением, Тофик Аваз оглу Кулиев,

Заведующий кафедрой "Экономика и организация труда" Азербайджанского Государственного Экономического Университета, доктор экономических наук, профессор, заслуженный деятель науки Азербайджана, бывший член Союза Журналистов СССР.

Email: [email protected]; Номер для связи: + 994 50  580 61 63

 

 

635x100

Şərhlər

ağsaqqal 2018-06-10 15:49:01

Türkiyə ,Pakistan və başqa iri dost ölkələrin dəstəyi ilə ancaq MÜHAHARIBƏ başqa yol görsənmir !

Eldar 2018-06-10 15:49:01

Allah bu kisinin omrunu uzun etsin.Qarabag meselemiz cox duyine dusub.Hormetli alimimiz Qarabagin azad edilmesini bu cur cozur.Basqa elm adamlari da kas oz islerine paralel Qarabagin azad olmasi haqda isleyeler.Heyatda olumden basqa helli mumkun olmayan hec ne yoxdur.Qarabag meselesini yari muharibe yolu ile,yari siyasi yolla da (Yari da Ticari yolla -Pulla)hell etmek mumkundur.Qarabag veteraniyam,muharibe ne oldugunu yaxsi basa dusurem. Bu hetta Partizan yolu ile de hell olar.Qarabag Bizi Gozleyir.

Ilqar 2018-06-10 15:49:01

Baki nefti hesabina II Dunya muharibesinde qelebe qazanib 45 il sonra Bakiya ordu yeriden Moskva ozu oz sehvini yaxsi basa dusmelidir!

EWDER 2018-06-10 15:49:01

QARABAQ MESELESINI OZUMUZ HELL ETMELIYIK .ANCAQ MUHARIBE YOLU ILE,ISTESEKDE ITEMESEKDE,BAWQA YOLU YOXDU.IWQAL OLUNAN ETRAF RAYONLAR DERHAL AZAD OLUNMALIDI.DIQALARA GUCUMUZU GOSTERMELIYIK.ONLAR HER GUN ITIKILER VERMELIDILER KI,GERI CEKILSINLER.HAYDI,KIWILER,IRELI.ALLAH KOMEYMIZ OLSUN.

Hörmət 2018-06-10 15:49:01

Qarabağ məsələsinin həlli ???????????????????????

Bəhram Qarabağlı 2018-06-10 15:49:01

RF Prezidenтı V.V.Puтinə, Professor Т.Qulievin xahişi məsələnin həllinə hüquqi-siуasi vəтəndaş movqeуidir. Problem, operaтiv həlli üçün icraçılar arasında bolünər. Qarabag məsələsində isə hər kəs nədənsə ozünün dəуil, digərinin işini bəуan edir? Məkтubda birbaşa hüquqi cavabdehin ünvanı da: "По правилам мeждуHародHыx Hорм государства, которыe He могут коHтролировать цeлостHость своeй тeрритории, считаются HeдeeспособHыми государствами", frazası ilə qeуd edilib.

AYZEK 2018-06-10 15:49:01

AZƏRBAYCAN DA ERMƏNİLƏR KİMİ QƏRBYÖNLÜ SİYASƏT YÜRÜTSƏ BU HAKİMİYYƏTİN BAŞI BƏRK AĞRIYACAQ.TƏKCƏ ELƏ RUSİYADAKI AZƏRBAYCANLILARIN DEPORTASİYASI KİFAYƏTDİR Kİ ÖLKƏDƏKİ SÜNİ SABİTLİK YERLƏ YEKSAN OLSUN.

Müfəttiş 2018-06-10 15:49:01

Putinə belə müraciətlər çətin ki təsir edər. Amma məsələn ona qəti olaraq deyilsə ki, belə getsə biz də NATO-ya ərizə verəcəyik, onda bəlkə bir az fikirə gedər. Ruslar da bilir ki, bizimkilər belə etibarsızliq etməzlər....

Məhbub 2018-06-10 15:49:01

Bütün analizlər göstərir ki, Rusiya heç vaxt Ermənistanın "xətrinə" dəyməz."Allaha yalvarmaqla donuz darıdan çıxmaz" deyiblər dədələr. Demokratiya, ədalət, mehriban qonşuluq və s. bunlar publisistlər üçündür. Rusiyanın son zamanlar elədiklərinə nəzər salın (Ukrayna, Moldaviya, Gürcüstan vəs.). Şuşa işğal olunanda Azərbaycan Milli Məclisinin sədrii erməni başçıya müraciət etmişdi "... Sən də alimsən mən də..." .Nəticə göz qabağındadır.

t.ədalət 2018-06-10 15:49:01

Tofiq müəllimin məktubu zalıma müraciət edib ondan mərhəmət ummağa bənzəyir.İşğalçı da,torpaqları işğal altında saxlayan da Rusiyadır.Rusiyaya bu istiqamətdə dəstək verənlər isə indiki məmurlarımızdır.Ərazilərimizin azadlığı üçün belə məmurlardan da xilas olmağın yolunu bulmaq lazımdır.

Mühəndis 2018-06-10 15:49:01

Professor Rusiyada I Pyorun siyasətidir.Kimin prezident olmasından asılı deyil.Bu siyasəti də yalnız Rusiya Dünya siyasətində tam süquta uğradıqdan sonra dəyişməsi mümkündür. Rusiya özü Millətlərin öz müqəddaratını həll etməsi səbəbindən Çeçenistanı nə günə qoydu.Yaxud Moldovoda,Ukrayna,Gürcüstan, Azərbaycanda separatizmi açıq aşkar dəstəklədiyini görmürükmü?Azərbaycan hökuməti qədər heç bir MDB ölkəsi Rusiyaya istədiyini (Maddi)verməyib.Amma rus şovinizmi hələ yaşayır.İnşaalah Dünya Rusiyanı çökdürər.Amin

EWDER 2018-06-10 15:49:01

EWWI,OZUMUZ KIWI DEYILIK,URUS,TURKIYE,PAK..N,EFQAN ..N, NE BILIM KIMISSTAN.BES OZUMUZ.25 IL QACGIN OLAR ,EYIBDI.SEFERBER OLUB,ERMENINI ANASINI AQLATMAQ VAXTIDI.HAYDI K I W I L E R,IRELI.BESDIR GOZLEDIK,KIMI ALLADIRIQ OZUMUZU.YETER

Əli 2018-06-10 15:49:01

Professor Rusiyanı ədalətli olmağa çağırır. Əsl vətəndaş mövqeyi ortaya qoyur. Qarabağ probleminə elmi yanaşma ilə çıxış edir. Allah ömür versin.

Vahid 2018-06-10 15:49:01

Allah Tofiq müəllimə kömək olsun. Qarabağ dərdini bu kişi qədər çəkən yoxdur.

• HƏQİQƏT ACI OLUR! -- 12:26 / 17.02.15 2018-06-10 15:49:01

ANCAQ DEYƏCƏM: Qarabağ məsəlsinin həllini Azərbaycanın prezidentindən və xaqının vətənpərvər övladlarından başqa heç kim istəmir! Qarabağ münaqişəsinin həlli üçün bütün vicdanlı vətənpərvər Azərbaycan vətəndaşlar ALTERNATİVSİZ LİDER İLHAM ƏLİYEVİN ƏTRAFINDA BİR BAYRAQ ALTINDA BİRLƏŞİB HAQQIN ƏDALƏTİ BƏRPA OLUNAN KİMİ-QARABAĞ VƏ 7 RAYON AZAD OLUNANA KİMİ SON NƏFƏSİMİZƏ QƏDƏR VƏ SON DAMLA QANIMIZA KİMİ VURUŞMALIYIQ AZADLIĞIMIZ NAMİNƏ! ONSUZ DA AZADLIĞIMIZ NAMİNƏ VURUŞMASAQ QULA ÇEVRİLSƏK MƏHVƏ MƏHKUMUQ!

Son yazılar