Tramp «G7» sammitini başa çatmamış tərk edib - Yekun kommünikeni imzalamayıb!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Maas bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «G7»-nin yekun sammitinin kommünikesini imzalamaqdan imtina etməsi təəccübləndirici deyil, amma inamı sarsıdır.

Xəbəri «Röyter» agentliyi ayıb.

«Bir neçə saniyə ərzində 280 simvolun köməyi ilə inamı məhv etmək olar» - deyə, Maas bəyan edib.

Onun sözlərinə görə, inamın bərpası üçün xeyli çox vaxt tələb edir. Bununla bərabər, ABŞ Prezidentinin bu addımı Maası təəccübləndirməyib. O, xatırladıb ki, Tramp artıq İranla nüvə və iqlim üzrə Paris sazişlərindən çıxıb.

Bu arada, ABŞ Prezidenti «G7» sammitini başa çatmamış tərk edib. Kanadanın Baş naziri Castin Tryüdo görüşün yekunlarına görə keçirilən mətbuat konfransında bəyan edib ki, onun ölkəsi bundan sonra da ABŞ rüsumlarına qarşı cavab tədbirləri görmək niyyətindədir. O, əlavə edib ki, Trampın «düzgün olmayan» hərəkətlərinə cavab çox sərt olacaq.

Buna cavab olaraq Tramp özünün «Tvitter»ində Tryüdonun bəyanatını yalançı adlandırıb və yekun kommünikeni imzalamayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar