Dağlıq Qarabağda erməni əsgəri öldürülüb

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində işğal altındakı ərazilərdə erməni əsgəri öldürülüb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda öldürülən əsgər 1992-ci il təvəllüdlü Vaan Eloyandır.

Hadisə bu gün saat 18 radələrində Qarabağ cəbhəsinin cənub-şərqində baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar