Kim Çen In Trampı Pxenyana dəvət edib

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib.

Məlumata əsasən, Kim Çen In iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək D.Trampı Pxenyana dəvət edib.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar