1 yaşlı şahzadənin şərəfinə sikkə buraxıldı - Video

Dünyanın diqqət mərkəzində olan körpənin ad günüdür

Britaniya kraliçasının nəticəsi, şahzadə Uilyamın oğlu Corcun bir yaşı qeyd edilir. Ötən yayın əsas hadisələrindən biri Böyük Britaniya Kral ailəsində 3-cü vəliəhdin doğulması oldu. Britaniya şahzadəsi Uilyam və Keyt Midltonun oğlu bir vaxtlar atası Uilyamın doğulduğu Müqəddəs Mariya xəstəxanasında dünayaya gəldi. Həyatının ilk anlarından bütün dünyanın diqqətini özünə cəlb edən Corc Aleksandr Lui kral ailəsinin ən məhşur simalarından birinə çevrilib.

Bu ilin aprelində valideynləri ilə Avstraliya və Yeni Zellandiyaya rəsmi səfər edən balaca şahzadə həmyaşıdları ilə dil tapa bilib. İlk səfərini uğurla başa vuran balaca diplomat Böyük Britaniyaya döndükdə ilk addımlarını atmağa başlayıb.

Bu gün bir yaşını qeyd edən Corc babası Çarlz və atası Uilyamdan sonra kral taxtına üçüncü namizəd hesab olunur.

Ad günü münasibəti ilə valideynləri ona çoxlu oyuncaq və geyim hədiyyə ediblər. Krallığın xəzinəsi isə Britaniya şahzadəsinin ilk ad günü şərəfinə 5 funt sterlinq dəyərində xüsusi sikkə buraxıb. Balaca şahzadə kral ailəsinin bir yaşında belə bir şərəfə layiq görülən ilk üzvü olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar