GENERAL "MƏRİFƏTİ"... - Ərziman Əliyev jurnalisti təhqir edir (AUDİO)  

Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Xəbərdə adı keçən Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

Məsələ ilə bağlı Bizim Yol-un əmkdaşı Əli Cahangiroğlu Ərziman Əliyevlə əlaqə saxlayıb. Jurnalistin sualını dinləyən general açıqlama vermək və ya verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir edib.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub. Ondan əvvəl Göyçay rayonunun polis rəisi işləyən Ərziman Əliyev, qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib. Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib. Polis general-mayorudur.

635x100

Şərhlər

Veteran 2018-06-11 17:21:17

Soyuwun ehate dairesinin geniw olmasi generalin servetinin milyonlarla olmasindan xeber verir! Ayin axirinda qol cekib aldigi maawa mohtac olan kesin telefonda jurnaliste var-yox soyuwu soymeye ne fiziki nede menevi gucu catmaz!

Natiq 2018-06-11 17:21:17

Ay Arzuman - Arzuman.........

PAMBIQLA BAŞ KƏSƏNLƏRİN SERİYASI: 2018-06-11 17:21:17

VƏ YA BUNLARDAN DAHA ARTIQ NƏ GÖZLƏMƏK OLARDI!...

turan 2018-06-11 17:21:17

vacibdirmi ki, belə harınlamış adamlara general rütbəsi verilsin..

oxucu 2018-06-11 17:21:17

Bir ölkənin generalı budursa, bir məşhur ifa yadıma düşdü (Zeynəb xanım Xanlarova)Burda nitqim kəsildi,burda cözüm qurtardı.

ayzek 2018-06-11 17:21:17

JURNALİST ALLAHINA ŞÜKÜR ETSİN Kİ, BELƏ QURTARIB

Jurnalistə xatırlatma 2018-06-11 17:21:17

Yəqin jurnalist yerini bilməyib.Azərbaycanda olduğunu unudub.Gərək o anlayaydı ki, "generala", icra başçısına.nazirə qanunların təsir qüvvəsi şamil edilmir.Onlar xüsusi imtiyazlı təbəqədir.

Sirab 2018-06-11 17:21:17

Heyf... Adı general qoyulmuş bu, bu Arzuman adlı şəxsin tərbiyəsinə məəttəl qalmamaq olmur. Gör kimlərə vəzifə, yüksək rütbə verilir. Kənddə belə misal dolaşır; "Hər hansı insan dəli olanda mollanın nyanına aparırlar, bəs molla dəli olanda kimin yanına aparılsın" Hi?. Fikirləşək görək Ərzuman müəllimi kimin yanına aparaq.

x 2018-06-11 17:21:17

Iqtidarin yetisdirdiyi YAP in beslediyi ...lardan biri

Taliw 2018-06-11 17:21:17

boyuna qamiw olcum, hec olmasa telfonda adam kimi daniw,ne olar ki iki cumle adam kimi cavab verseydin?! biabir etdin ozunu

MrX 2018-06-11 17:21:17

Rahlandın?

Vekil 2018-06-11 17:21:17

Cox meyyus oldum ! Kas ki bu vidiyocarxa qulaq asmazdim sozun biten yerii...

Məti 2018-06-11 17:21:17

Belə ziyalının, belə başçının, belə generalın .... Gör bu xalqı nə günlərə qoydular. ..

EWDER 2018-06-11 17:21:17

ESL ... SEVIYYESIDI,MOLODES.NAMISI INKIWAFDANDU

G.M 2018-06-11 17:21:17

Arzumandan başqa hansı rəftarı gözlüyürsünüz ki,..bütün hətatı ``qara-qura`` işlərdə keçən..özündən yuxarılara ustalıqla yaltaqlanan,zəif zümrənin ``Var-yoxunu`` təhqir edən bu adam əsil həqiqətdə maklerlikdən başqa heç nə bacarmayan birisidir.Qubada torpaqları addım-addım satıb bir xeyli də ``ortalığın`` pulundan çırpışdırıb aradan çıxdı.Artıq ``başını piy basıb``

Son yazılar