Rəşad İsmayılov "Əl-ərəb" qəzetinə müsahibə verib - FOTO

Ramazan ayı münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin "Əl-Ərəb" qəzetində geniş müsahibəsi nəşr olunub.

Milli.Az bildirir ki, müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı danışılıb. Azərbaycanın digər İslam ölkələri, o cümlədən Qətərlə Ramazan ayı ilə bağlı oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb.

Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Müsahibədə ölkəmizdəki mövcud yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu qeyd olunub. Müsahibədə Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu ayın insanlarda həmrəylik və dözümlülük ruhu aşıladığı nəzərə çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar