İRADƏ CAVADOVANIN VƏKİLLİK SƏLAHİYYƏTİ DAYANDIRILIB - Özəl

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil İradə Cavadovanın vəkillik səlahiyyətlərinı dayandırıb. Bu barədə "AzPolitika.info"ya məlumatlı mənbə bildirib. Rəyasət Heyəti İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də qərər qəbul edib.

Qeyd edək ki, bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Kollegiyadan verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.

İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə irad tutulub.

Kollegiyanın məlumatında fəaliyyətinə xitam verilməsi qərar alınan vəkilin adı açıqlanmasa da, "AzPolitika.info"ya daxil olan məlumatda onun İradə Cavadova olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycanda ən savadlı vəkillərdən biri kimi tanınan İradə Cavadovanın vəkillik səlahiyyətlərinin dayandırılması təəccüblə qarşılanmaya bilməz. Bunun səbəbi açıqlanmasa da, onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırovla münasibətinin o qədər də yaxşı olmadığı bildirilir.

Təsadüfi deyil ki, Anar Bağırov Vəkillər Kollegiyasının rəhbərliyinə gətirildikdən sonra formalaşan yeni Rəyasət Heyətinin tərkibinə İradə Cavadova daxil edilmədi. Rəyasət Heyətinin əvvəlki tərkibində olmuş İradə Cavadova bununla bağlı bildirmişdi ki, yeni tərkibə köhnə heyətdən üç nəfər düşüb: Şəfayət Həsənov, Azər Quliyev, Muxtar Mustafayev.

İradə Cavadova yeni tərkibə düşməməsinin səbəblərindən danışarkən demişdi ki, o, Rəyasət Heyətinin daima, daha dəqiqi, seçkilərin keçirildiyi hər beş ildən bir yenilənməsinə tərəfdardır: “Rəyasət Heyətinə yenidən seçilmək niyyətim yox idi. 2012-ci ildə Rəyasət Heyəti üzvlüyünə namizədliyimi özüm irəli sürmüşdüm və seçilmişdim. Burada ömrü boyu qalmaq olmaz. Digər tərəfdən, mənə artıq məlum idi ki, Rəyasət Heyətinə yenidən seçilməyimi istəmirlər.

Amma mən Rəyasət Heyəti üzvlüyünə başqa bir şəxsin namizədliyini irəli sürmək istəyirdim. Yəqin ki, konfrans iştirakçıları arasında mənim namizədliyimi irəli sürmək istəyənlər də vardı. Lakin nə mənə, nə də onlara imkan verildi. Rəyasət Heyətinə seçim proseduru başlanan kimi əlimizi qaldırdıq, namizədliyimizi irəli sürmək istədik. Buna şərait yaradılmadı. Düşünürəm ki, səbəb mənim və konfransa qatılan müəyyən vəkillərin fərqli mövqeli şəxslər olmasıdır. Əslində bizə söz verilməyəcəyini gözləyirdim. Amma yenə də konfrasın gedişindən məyus oldum”.

İradə Cavadova iddia etmişdi ki, o, Rəyasət Heyətinin əvvəlki tərkibində fərqli mövqe sərgiləyən faktiki yeganə şəxs olub: “Vəkil həmkarlarım yaxşı bilirlər ki, həmişə ədalətli və müstəqil mövqedən çıxış etmişəm, heç vaxt kiminsə tapşırığını yerinə yetirməmişəm. Vəkillər Kollegiyasında məsələsi müzakirə edilən hansısa vəkili günahsız saymışamsa, onun ziyanına qərar çıxarılmasının əleyhinə olmuşam.

Rəyasət Heyətinin son iclasında məsələsi müzakirə olunan vəkillərdən biri ilə bağlı ciddi qalmaqal yaşandı. Ona görə deyə bilərəm ki, 7 dekabr (2017-ci il) konfransında Rəyasət Heyəti üzvlüyünə namizədliyim irəli sürülsə də, seçilməyimə imkan verilməyəcəkdi. Ancaq bir daha vurğulayıram: mənim yenidən seçilmək məqsədim yox idi. Beş il Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam və alnıaçıq, üzüağ deyə bilərəm ki, bu müddətdə iştirak etdiyim iclasların heç birində ədalətsiz qərarı dəstəkləməmişəm”.

Göründüyü kimi, İradə Cavadova müstəqil mövqe ortaya qoymağı bacaran vəkillərdən olub. Təəssüf ki, Vəkillər Kollegiyasının yeni rəhbərliyi belə vəkillərlə işləmək istəmədiyini nümayiş etdirir.

İradə Cavadovanın və Vəkillər Kollegiyasının da mövqeyini dərc etməyə çalışacağıq.

Murad

AzPolitika.info

635x100

Şərhlər

edalet 2018-06-11 22:09:35

irade xanim savadli qururlu sozun duzunu demeyi bacaran megrur merd bir azeri ziyalisidir Anar baqirov men bilmirem sen kimsen sen bu milletin savadli kadrllarina hormet etmeyi bacarmalisan Cunki o insanlar her yerde bizim uzumuzu ag etmeyi bacarir buna gore hetta biz onlara borcluyuq

S.Ənvər qızı 2018-06-11 22:09:35

A.Bağırov savadlı hüquqşünasları,kimlərəsə arxeyin olaraq sıradan çıxartmaq istiqamətində öz işini görür? A.Bağırov tərəfindən savadlı hüquqşünasların hədəf seçməsi başadüşüləndir.Bu xüsusi bir layihədir: Gərək Vəkillər Kollegiyasında abırlı adam qalmasın,hamını öz günlərinə salsınlar ki,rahat nəfəs alsınlar.Azərbaycanımızın inkişafı naminə savadlı hüquqşünaslara qarşı aparılan soyqrıma son qoyulmalıdır.Test imtahanından yüksək bal toplayıb,kənarda qalması savadlı kadrlara qarşı aparılan soyqrım deyilmi ?

Abdulla Abdullayev 2018-06-11 22:09:35

Bu yazılanları təsdiq etmək üçün ən sadə və obyektivyolu Vəkillər Kollegiyasının sədri Anar Bağırovla xanım vəkil İradə Cavadovla teledebat təşkil edilsin. Bu halda həmin nızir oğlu kömək edə bilməyəcək.

Rəncbər Ata 2018-06-11 22:09:35

Çoxlarına əvvəlcədən bəlli idi ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov öz bilik və bacarığına görə həmin vəzifəyə qoyulmayıbdır. O, nazirlərdən birinin oğlu ilə yaxın ailəvi dostluq etdiyindən onu həmin vəzifəyə otuzdurublar. O da ağlına heç bir korluq vermədən savad və bacarığı ilə fərqlənən vəkilləri görmək istəmədiyindən vəkillikdən uzaqlaşdırılır. Xalqın şairi Musa Yaqub demişkən "ayə, bu arx hələ çox su aparacaq".

Dövlətimizi sevən 2018-06-11 22:09:35

İradə Cavadova kimi savadlı vəkillər qorunmalıdır,çünki onlar dövlətimiz və xalqımız üçün lazımdır. Vəkilliyə Test imtahanından yüksək bal toplayan hüquqşünasları sıradan çıxardan komissiyanın tərkibi dəyişilməlidir,onlar dövlətimizin inkişafına öz soyqırımlarını davam etdirirlər. Yaxşı deyiblər: Bir xalqı məhv etmək istəyirsənsə,birinci növbədə o xalqın ziyalısını məhv elə... Savdsız rəhbər,həmişə savadsız kadrlara üstünlük verir.Yüksək bal toplayanların şifahi müsabiqəsi KİV-ilə xalqa çatdırılsın.....

Məmməd 2018-06-11 22:09:35

Anar Bağırovun Vəkillər Kollegiyasına sədr təyin olunduğu ilk gündən savadlı kadrları gözüm-çıxdıya salıb..Test imtahanından yüksək bal toplayan Vəkilliyə namizədləri,Vəkil olmağa imkan verməyib?Anar Bağırov Vəkilləri özünə tabe etdirmək istəyir,bu səbəbli sabadlı kadrlarla soyqrım aparır? Yüksək bal toplayanların siyahısı araşdırılmalı, Vəkillik adına layiq görülməli və Bağırov Anarın özbaşnalığına son qoyulmalıdır.Belə davam edərsə Vəkillər Məhkəmələrdə vəttəndaşların hüququnu müdafiə edə bilməyəcək?

Abdulla Abdullayev 2018-06-11 22:09:35

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun siyasətindən görünən odur ki, bu yoldaş vəkilləri özünə müvafiq təsir altında saxlasın. Yəqin bu səbəbdən vəkillər məhkəmələrdə vətəndaşın hüquqlarının qorunmasında lazımı səviyyədə mübarizə aparmaqdan çəkinirlər. Yaxşı olardı ki, Anar Bağırov öz vəzifəsini düzgün olmayan mövqedən yerinə yetirən vəkillərlə mübarizə aparsın. Bunun üçün əsl və həqiqi savad və qanunlara hörmət hissi lazımdır.

məmməd 2018-06-11 22:09:35

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun işindən görünür ki, savadlı Vəkilləri sıradan çıxartmağa çalışır,unudur ki, biz hüquqi dövlətdə yaşayırıq və dövlətimizə,xalqımıza İradə Cavadova kimi savadlı vəkillərə ehtiyacı var. Dövlətini,xalqını sevən hər bir məmur savadlı kadrlara etimad göstərməlidir,yoxsa anar bağırov savadlıları sıradan çıxardıb,vəkillər kollegiyasını istədiyi kimi idarə etmək fikrinə düşüb ? Vəkil İradə Cavadovanı qorumalıyıq. Məhkəmə anar bağırovun ədalətsiz qərarını ləğv edəcək.

EWDER 2018-06-11 22:09:35

AZERBAYCANDA DEMOKRATIYADI,HER WEY OMURLUKDU.INKIWAFDA DAIMIDI

Düz söz 2018-06-11 22:09:35

Anar Bağırov Vəkillər Kollegiyasının sədri vəzifəsində çox qalarsa,savadlı vəkillərin axırına çıxacaqdır.......? O nazirin oğlunun köməyi ilə həmin vəzifəyə təyin olunub. Şərh yazan:- Rəncbər Ata düzgün qeyd edib....

Son yazılar