VAŞİNQTONDAN SECKİ İLƏ BAĞLI DAHA BİR BƏYANAT- "SAXTALAŞDIRILIB..."

ABŞ Helsinki Komissiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını bəyan etdi

ABŞ Helsinki Komissiyası Azərbaycanda keçirilən prezident seçkilərini “qəbul edilən beynəlxalq standratlardan çox uzaq” adlandıraraq tənqidə məruz qoyub.

“Azərbaycan iqtidarı ancaq demokratik seçki gfrüntüsü yaratmaq, real seçkilər keçirməmək istəyini ortaya qoyub”-deyə Turana Helsinki komissiyasının rəhbəri, senator Ben Kardin bildirib.

“Çox təəssüf ki, Azərbaycan real demokratiyaya sədaqətini nümzyiş etdirmək kimi növbəti imkanı əldən verdi”-deyə senator qeyd edib.

B.Kardin bildirib ki, təkcə səsvermə günü saxtalaşdırma və seçki qutularına topa bülletenlər salınmasından deyil, habelə bütün ilboyu davam edən müxalifətin qaralanmsı və təqib olunmasından, jurnalist və vətəndaş cəmiyyəti fəallarının həbsindən, müstəqil mətbuatın boğulmasından məyusluğunu nəzərə çatdırıb.

Bununla yanaşı, Dövlət Departamenti 9 oktyabr prezident seçkilərini tənqidə məruz qoyan bəyanatla çıxış edib.

Biz seçki sonrası dövrdə zorakılıqdan çəkinməyə çağırırıq”-deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Meri Arf mətbuat konfransında bildirib və Vaşintonun situasiyanı izlədiyini, hadisələrin inkişafından asılı olaraq növbəti addımlarını müəyyən edcəyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar