ELÇİBƏYİN YANAN BAĞ EVİ DAĞILMAQ ÜZRƏDİR - VİDEOREPORTAJ, FOTOLAR

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir.Musavat.com-un müxbiri Ə.Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.

Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.

Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

635x100

Şərhlər

Azad Qarabaglı 2018-06-11 22:45:26

Evinin тəmiri, heуkəlinin ucaldılması da lazımdır! Nədən, onun Parтiуası və oglu Prezidenтə, 1-ci VİSE-PREZİDENТƏ, sələfi H.Əliуev fonduna, Bakı ŞİN və Ordubad RİH müraciəт eтmirlər? Şuşalı B.Səfərov dogru qeуd edirdi ki, büтün RF bir Lapşinə gorə ozünü cırır! Amma, aтa mülkündən qovulmuş уarım milуon qarabaglının haqqlarına nəinki iddia qaldırılmaıb, cınqırını çıxaranlar belə çoxdan qapanıb? Rəhməтliуin Oglu, bu dəmdə Qarabagın xilası уolunda Prezidenт seçilmiş Ə.Əliуev kimin уadına düşər?

x 2018-06-11 22:45:26

Bu ne etinasizliqdi XALQIN COREK AGACI MILLETIN QURURU Z TAGIYEVIN EVI BUNNANADA BERBDDI KECMISINI BELE QORUYANLARA NE DEYESEN BIZDE NELER CATimir insanliq

EWDER 2018-06-11 22:45:26

ALLAH REHMET ELESIN,BUTUN MUSELMAN EHLINI

Son yazılar