Digər ölkələrin imtina etdiyi gəmini İspaniya qəbul edəcək - Miqrant daşıyır...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, digər ölkələrin sərhədlərini üzünə bağladığı və bir neçə yüz qeyri-leqal miqrantı daşıyan gəmini İspaniya dövləti qəbul etməyə razılaşıb.

«Aquarius» adlı gəmi göyərtəsində 600 nəfərdən artıq miqrantla beynəlxalq sularda lövbər vurur. Bundan əvvəl İaliya hakimiyyəti öz sərhədlərini gəminin üzünə bağlayaraq, onu Maltaya «təklif» edib. Ancaq ada-dövlət bəyan edib ki, «Aquarius»la heç bir bağlılığı yoxdur və ona dayanacaq verməkdən imtina edib.

«Bu səbəbdən dolayı, bizim vəzifəmizdir ki, humaitar fəlakətdən qaçmaq üçün bu insanlara «təhlükəsiz liman» verək - beləliklə də beynəlxalq hüquq sferasındakı öhdəliklərə əməl edək» - İspaniya hökumətinin bəyanatında belə deyilir.

Qeyd olunur ki, gəmi Valensiya şəhərinin limaniına göndəriləcək. Gibraltarın bayrağı altında üzən bu gəmi «Sos Mediterranee» adlı qeyri-hökumət təşkilatına məxsusdur. Son günlər o, 6 xilasedici əməliyyatda iştirak edib, 123 azyaşlını və 7 hamilə qadını öz göyərtəsinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar