Yadigar Sadıqovun həbs müddəti azaldıldı

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqovun şikayətinə baxılıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı facebook sosial şəbəkəsində Nigar Yaqublu paylaşıb. Məlumata görə, hakim Y.Sadıqovun həbs müddətini azaldaraq 4 il azadlıqdan məhrumetmə cazası verib.

Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran məhkəməsi Y.Sadıqova 6 il həbs cəzası kəsmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar