YENİ NAZİR YENİ ŞÖBƏ YARATDI - Öz kadrını rəhbər təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb. Oxu.az-ın əldə etdiyi məlumata görə, nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.

Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı "ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb.

635x100

Şərhlər

Cəmşid irzaquliyev 2018-06-12 10:57:37

Xeyirli olsun. Yaxşı olardı bu şöbəyə Fermerlər tərəfindən ediləcək müraciətlərin həlli mexanizmi onlara öncədən açıqlanardı. Yəni, bir misal. Gələcəkdə qarşıya çıxan başqa problemləri demirəm. Tutaq ki, İstənilən bir rayondan fermer gəlib deyir ki, xırda buynuzlu fermer təsərrüfatım var. Hər ay Başçı başda olmaqla rayonun əlaqədar qurumlarının rəhbərləri adam göndərir ki, qonağım var iki quzu versin. Aparırlar pulunu da vermirlər. Maraqlıdır bu şöbə bu məsələni necə həll edərdi. İnşallah həlli tapılar.

Haqq 2018-06-12 10:57:37

Ele bir teyinat yoxduki hemin teyinatdan sonra teyin olunan sexs burda tenqid atesine tutulmasin.Men basa dusmurem bu insanlarin kinini ermenini getirib qoymalidirlarki?Her seyden narazi olmaginizdan el cekin.Oz evinde 2 usagini idare ede bilmeyenler prezidentden,nazirlerden naraziliq edirler.Ozunuzden baslasaniz yaxsi olardi.

nazim 2018-06-12 10:57:37

daha bir Qerbi Azerbaycanli

t.ədalət 2018-06-12 10:57:37

Bu şöbənin yaradılması gələcəkdə ola biləcək oyunların bir əldə cəmləşdirilməsi ola bilər.İş görmək üçün dünya təcrübəsi öyrənilməlidir."Şöbə-şöbə" oyunu işi bilməməzliyi ört-basdır üçün bir hoqqadır.

G.M 2018-06-12 10:57:37

``Evcik-evcik`` oyunları davam edir...SSRİ -dən miras qalmış nazirlik və komitələri də şouy məkanlarına çevirdilər.Bircə qaldı Əməkdar və Xalq ``nazirləri`` statusu vermək.

hellas 2018-06-12 10:57:37

Qorbaçov kooperativləri yaratmışdı, axırı nə ilə qurtardı gördük. Cənab İnamlinski də burada kooperativ yaradıb elə başa düşür ki, bununla kənd təsərrüfatı inkişaf edəcək. P.S. Sovet dönəmində "Azadlıq" kinoepopeyası var idi. Orda təzə tankı sınaqdan keçirən Hitlər qışqırır: bu da sizin yeni tankınız, rusların ilk atəşi ilə sıradan çıxdı. Bu da "Yapon İmperatorları"nın (Z.H.) yeni kadroları, hava soyuyan kimi, başlayırlar çat verməyə.

Son yazılar