"Artıq vaxt yetişib..." - Siyavuş Novruzov

“Artıq vaxt yetişib ki, “Siyasi partiyalar haqqında” qanuna bir çox maddələr üzrə dəyişiklik edək”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, qanunda siyasi partiyaların fəaliyyəti ilə bağlı hər şey yüksək səviyyədə təsbit olunsa da, bəzi maddələrə yenidən baxmaq lazımdır: “Məsələn, 8-ci maddədə kimlərin siyasi partiyaya üzv ola bilməsi barədə məlumatlar var. Düşünürəm ki, buna yenidən baxmaq lazımdır. Həmin maddədə göstərilir ki, maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olması qadağandır. Məncə, bu düzgün deyil. Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmalıdır. Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir”.

S. Novruzov onu da qeyd edib ki, bəzi siyasi partiyalar MSK-ya maliyyə şəffaflığı ilə bağlı düzgün məlumat vermir, buna nəzarət olunmalıdır.

635x100

Şərhlər

Ədalət 2018-06-12 14:04:03

“Artıq vaxt yetişib…” BAŞLIĞI OXUDUM ELƏ BİLDİM SİYAVUŞ DEYƏCƏK DÜŞMƏNLƏ MÜHARİBƏYƏ BAŞLAYIB TORPAĞIMIZI ALMALIYIQ. AXXX SİYAVUŞLAR KEÇİ CAN HAYINDA ÇOBAN Pİ HAYINDA. VƏ BİR DƏ ONU DEYİM Kİ SİZ TORPAQ ALAN DEYİLSİZ.

miri 2018-06-12 14:04:03

Bu nə danışır? İndi Məmləkətdə müxalif partiya üzvü məyər Mərkəzi Bankda vəya hansısa maliyyə strukturlarında isləyə bilər? Onlar nəinki belə yerlərdə, heç bir yerdə işləməyə belə buraxılmaz! İşsiz qalaraq heç işsizlik statusu da ala bilməz! YAPilan yolda budur əsas prinsip.

Son yazılar