"BU DA CƏHƏNNƏMƏ... 15 İYUN NƏ DEMƏKDİR?" - Aqil Abbas

“Desəm öldürməyəcəklər, deməsəm də biraz pis oluram. Biz vaxtilə mənfur Sovet sistemində oxumuşuq. Həmin sistemdən Xudu Məmmədov, məşhur fizik Arif Babayev kimi alimlərimiz çıxıb. Mən müğənni Arif Babayevi demirəm haa. Həmin sistemdən təhsil alan belə bir nə qədər adam adı çəkərəm”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas deyib.

O bildirib ki, bir neçə il bundan öncə Boloniya sisteminə keçirildi. “Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.

Aqil Abbasın sözlərinə görə, hazırda parlamentdə onunla yanaşı əyləşən Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Gövhər Baxşəliyeva və digərləri mənfur sovetin təhsil sistemində çıxan alimlərdir: “Onlar Azərbaycan elminə böyük töhfələr verib. Son 26 ildə Bolonya sistemi Əhliman müəllim və ya Abel Məhərrəmov kimi alim yetişdirməyib”.

Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi: “Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.

Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın. Bu məsələlər nazirlərin sözü ilə həll edilməməlidir. Elmlər Akademiyası, universitetlər, elmi təhsil mərkəzləri var və onlar bu məsələ ilə məşğul olmalıdır. Xahiş edirəm ki, tədrisin başlama və başa çatma dövrü, dərs ləvazimatı barədə işlərlə məşğul olunsun”.

635x100

Şərhlər

ABDULQADIR 2018-06-12 16:51:51

YOX EKSINE,ADINI CHEKDIYINIZ,,ALIMLERDEN,,YETISHDIRMEKLE MESHGULDULAR NECE KI,SEN NEFSININ QURBANI OLDUN./QURBAN MEMMEDOVU DEMIREM HAAA/ O KI,QALDI SHTANQIST MESELINE,BU SAHEYE EHTIYAC BÖYÜK OLDUGUNDAN ONU ETMEZLER.MILLETIN GENEFONDUNU MEHV ETMEK MESELI VAR HAA,BAX ONU GÖZ QIRPMADAN EDERLER.

Çingiz 2018-06-12 16:51:51

professor Arif Babayev fizik yox, riyaziyyatçı olub, hörmətli Aqil müəllim, o 1979-1994-cü illərdə Universitetin mexanika-riyaziyyat fakültəsinin dekanı olmuşdur, Allah rəhmət eləsin

Eldar 2018-06-12 16:51:51

Aqil muellimin qaldirdigi bu mesele heqiqetdir.Bu ne sagirde ,ne valideyne ne de muellimlere lazimli bir sey deyil.Teessuf ki, bunu coxlari bilir. Amma...

Valideyn 2018-06-12 16:51:51

Aqil Abbas bu cixishi evezine tehsilimizin movcud problemleri haqqinda ekser valideynlerin deputatlardan da mukemmel bildikleri meseleleri qaldirsaydi daha faydali olardi. Onun bu cixisi shagird cantasi kimi oz cekisini tehsil naziri yaninda artirmaq goruntusu yaradir.Sevimli yazicimiza ugurlar dileyirem.

AAgahuseyn 2018-06-12 16:51:51

Sovet təhsil sistemi indikindən daha mükəmməl iydi o sistem insan-ALİM hazırlayırdı.İndiki təhsil sistemi robot-qanmaz-dələduz iş adamı.Atasın söyən sovet təhsili alan bir nəfər tanımıram-ancaq televizora baxın nə qədər atasın söyən məhrəmlərini zorlayan məxluq hakqında hər ğün məlumat verilir.AQİL müə.dedikləri iylə tam razıyam.NƏ QƏDƏR ĞEC DEYİL AYILIN CƏNABLAR.Bizə ALİM-İNSAN AİLƏ BAŞCISI lazımdır CƏNABLAR.Türmə dolub dələduz-haramzada-məhrəmin minənlə.SAQ OL AQİL ÜRƏYİMDƏN TİKAN CIXARDIN.

EWDER 2018-06-12 16:51:51

EWWI ,ESAS INKIWAFDU, ONDAN DANIWIN.TEZE ACILAN IW YERLERINDEN,XIYARDAN VE S.

Veteran 2018-06-12 16:51:51

Teessuf ki Azpolitika imkan yaratmir, 500 herfden artiq limitini yigiwdirmir. Bu subuta ehtiyaci olmayan bir meseledir ki, sovet tehsil sisteminden hette gunu bu gun de dunyada yoxdur! Qaldi ki, oten esrin 90-ci illerine, Indiki memurlarimizin bir coxunun cibinde "partbilet"ni, stollarinin ustunde Leninin Brejnevin kitablarini, bawlarinin ustunde wekillerini de men gormuwem, Indi belke olarin veten xahini cixarilmasi barede mesele qaldiraq? Aqil Abbas tapanca barede daniwir sapilca barede yox!

Bəhram Qarabağlı 2018-06-12 16:51:51

Pionerə Soveт ləтifəsi: "Komunizm işinə hazır ol!", cavabı:"Həmişə hazıram!" Amma, pionerə Komunizm anlaуışı verilmirdi? 1987-ci ildən biz-boуüklər də ən ciddi hadisələrə belə уüngül, popuqaу kimi "Ura vperod"la deуirik. Siуasəтi, iqтisadiууaтı Avropa reformu kimi qəbul edir, "fəsadını düşünmədən, cəld fasadı bəzəуirik". Belə münasibəтin nəтicəsi bəzən "тəzək" də olur. Уeni Azərbaуcanın уüksək inkişaf тempi cəmiууəт üçün heç də soveт dovrü qədər sivil və hərтərəfli deуil?

miri 2018-06-12 16:51:51

İndi istər təhsili, istər səhiyyəni, istər mədəniyyəti... elə hala salmisinizki, "bar verməyən ağac" olub. Daha dəhşətlisi isə hərdən verdiyi narın zəhərli olmasıdır!

matin 2018-06-12 16:51:51

Bu adamin dediyinə şərh yazmaq özünə hörmətsizlikdir.Amma demək istəyirəm ki, 1)Arif Babayev fizik yox riyaziyyatçı idi;2)onun sadaladığı adamları kim alim sayir ki! Abel Məhərrəmov adlı alim yoxdur, var ispan şərabı alverçisi;3) şagirdlərimiz dünyada ən az dərs keçilən ölkələr arasındadır; Təhsil də 2-3 ay fasilə olmaz! Dərslər iyul və avgustda da olmalılır, ortada (1-2 həftə fasilə ilə). 4)İndi qul əməyi olan pambığa qayıdıriq, ümid edək ki, uşaqlar dekabra qədər tarlalarda olmayacaqlar! Bu heç danışmasın

buzlaq 2018-06-12 16:51:51

G.M-ya "Ey cinlərin padşahı payanar!" O sadaladıqların yuxarıdakıların yanında heç nədir. İndi hakimiyyətdə oturanların əksəriyyəti (yaşlıları) partnomenklaturanın özüdür, cavanları da onların uşaqlarıdır.Yabloko ot yablonu daleko ne padaet!

Müfəttiş 2018-06-12 16:51:51

Bu həqiqətdir ki, mayın 30-dək bütün fənn proqramları bitir, müəllim və şagirdlər məktəbə ancaq laqqırtı vurmağa görə gedirlər. Yəni ki, getməyə məcburdurlar.....

t.ədalət 2018-06-12 16:51:51

Təzə nazir müəllimləri sıxma-boğmaya salmaq üçün sertifikasiyadan başlayır.Təhsilin keyfiyyəti,məktəblərin vəziyyəti ,görünür,o qədər önəmli deyil.Hərbi-vətənpərvərliklə bağlı,məktəblilərin vətənə bağlılığı və s.heç kimi maraqlandırmır.Rüşvət gətirə biləcək "priyomlar"a daha çox üstünlük verilir.Hər-halda Mikayıl müəllimin vaxtında irəliyə dogru addım atılırdı.Yuxarı eşelondakı dayaqlarına söykənən gərəksiz rektorları vəzifələrindən uzaqlaşdıra bilməsə də,onun vaxtında irəliləyiş hiss olunurdu..

YENİ TƏHSİL SİSTEMİ: 2018-06-12 16:51:51

HƏM FİZİKİ VƏ HƏM DƏ MƏNƏVİ, HƏM DƏ BİOLOJİ CƏHƏTDƏ XALQI MƏHV ETMƏKDİR...

Vahid 2018-06-12 16:51:51

Dəlidən doğru xəbər buna deyirlər

G.M 2018-06-12 16:51:51

Aqil mallım həmyerlisi Bayram Bayramovun,Zamanovun da Sovet ``istehsalı``, Tanınmış Ziyalı olduqlarını niyə dilə gətirmir.Ədalət qəzetinin 1992 -93-cü illərdəki nüfuzundan söz açmır.İş otağında asılmış Portretlər,stolun üstündəki ``Boz qurd`` və.s.

Elşad 2018-06-12 16:51:51

Çox şükürlər ki, səndən də bir ağlabatan təklif eşitdik.

Son yazılar