UŞAQLARI DÖYƏN TƏRBİYƏÇİ ŞAXLANILDI - “Çox peşmanam” (Yenilənib)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüb.Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, bu gün komitənin sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər: “Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir”.

T. Hüseynov həmçinin F. Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib: “Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib”.

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

***

Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı artıq hüquq-mühafizə orqanları qanuni tədbirlər görməyə başlayıblar. Uşaqlara qarşı kobud davranan Firuzə Tağıyeva adlı tərbiyəçi Yasamal RPİ-i tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

“Ölkə.Az”ın xəbərinə görə, adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülərlə bağlı Yasamal RPİ-də cinayət məclləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, bağça artıq fəaliyyət göstərmir.

"Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb", - deyə bağçadan bildirilib.

Hüquq-mühafizə orqanlarından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

635x100

Şərhlər

Anar 2018-06-13 18:38:47

Bu qadını biraz "qırxıb" buraxmaq lazımdır. İldə 1 dəfə çağırıb olanları necə xatırladığını öyrənib, yüngülcə "qırxıb" yenidən buraxmaq lazımdır. Beləcə o həm özünü həm də ətrafını öyrədəcək. Çox yaxşı öyrənəcək. Həbs etməklə düşüncəsiz bir addıma görə bir həyatı tamamən "yandırmaq" düz deyil. Məncə 10 il ərzində ildə bir dəfə 3-5 minini alıb, "ağıllı ol" demək lazımdır.

Samir 2018-06-13 18:38:47

Stresə davamlı, psixoloji durumu qaydasında olmayan adam bağçada tərbiyəçi işləyə bilməz! Ciddi yoxlamalar aparılmalıdır, bağça müəllimələrini psixoloqlar yoxlamalıdır.

Gulare 2018-06-13 18:38:47

Sozum Arif beyedi!!! Movlanenin bir sozu var: insani gozelleshdiren mali mulki deyil,qashi gozu deyil,geyimi kecimi de deyil, insani gozelleshdiren onun MERHAMETIDIR. Bu qadinda ise merhamet sozunun M-si yoxdu. Sadistdir bu qadin!!!ayib olsun komeksiz bir ushaqa gucunu gosterir

Roma 2018-06-13 18:38:47

Məqalədə qeyd olunur ki “Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib”. Firuzə Tağıyevanın bu sözlərinə inanmaq sadəlövlükdür.

t.ədalət 2018-06-13 18:38:47

Başqa saytlarda oxudum ki,Bağça tərbiyəçisini,iki azyaşlı uşaq anasını Yasamal RPİ tutub,həbs edib.Doğrudan da, polisin bu hərəkəti utanc yeridir.Əlbəttə,araşdırma apara bilərlər.Ancaq həbs etmək nəyə lazım?Həmin maddə var ki,qadını həbs ediblər,biz addımbaşı dövlət məmurlarının əzabı ilə rastlaşırıq.Onda gərək indi vəzifədə olanlar hamısı həbs edilə.Yəqin ki DİN,Ramil müəllim bu biabırçılığın qarşısını alar..

Arif Qədimov 2018-06-13 18:38:47

Bura uşaq bağçasından çox"Cəzaçəkmə müəssisəsi"nə oxşayır.Bu qadın belə bir müəssisəyə neçə yol tapıb.Bunun əsi yeri"Qadın cəzaçəkmə müəssisəsi"di.Belə bir yerə də uşaq verərlər?Olmaya uşaqlarınızdan bezmisiniz?Valideynlər diqqətli olun,uşaqla belə rəftar edən"müəllimə" sabab uşaqlarınızı bədbəxt də edər.Mütləq bu tərbiyə müəssisəsi yoxlanılmalı və kameraya düşən tərbiyəçi qadın cəzasını almalıdır ki,o birilərinə də dərs olsun.Uşaqlarla belə davranmaq olmaz.Valideyn sızə pul ödəyir ki,uşaqla belə.

ayzek 2018-06-13 18:38:47

Tərbiyəçini yox,onlara lisenziyasız işləməyə şərait yaradan tərbiyəsizləri saxlamaq lazımdır.

Fevzi 2018-06-13 18:38:47

Bu xanimda analiq hissiyati yoxdur, .......,Allah bəlasini verəcək bu xanimin

TQ 2018-06-13 18:38:47

Bunlar elə bil bağça tərbiyyəçiləri yox"концлагерь"işçiləridi. Bağçalarda uşağları sevənlər işləsin gərək, əsəblərinə hakim ola bilməyənlər yox.Belə bağçalarda hər uşağa görə ölkə üzrə orta aylıq əmək haqqından yüksək vəsait ödənilir. Qorxu içində tərbiyyə alan uşaqdan gələcəkdə necə bir şəxsiyyət formalaşar? Allah ürəyivizə rəhm salsın,qəddarlar.

Arif 2018-06-13 18:38:47

Nə gözəl xanımdı !

Hakim 2018-06-13 18:38:47

Videoya baxdım və zəif çarəsiz körpələrə bu zəlil qalmış tərbiyəsiz tərbiyəçinin etdiyi qəddarlığı görüb özümü pis hiss etdim və göz yaşları məni boğdu. Çox güman ki, o tırbiyəsiz tərbiyəçi erməni əsilli olacaqdır. Uşaqların hamısının valideynləri iş üzrə dindirilib zərərçəkmiş kimi tanınmalı və işin mahiyyıti nızırı alınıb prokurorluqda istintaq aparılmalıdır. Həbs olunmuş qadınla cinayətdəö iştirakı olan digər şəxslər də məsuliyyətə cəlb edilməlidir. Əgər obyektiv istintaq aparılsa şübhəsiz mənimsəmə, vergidən yayınma və s. cinayətlər üzə çıxacaqdır.

t.ədalət 2018-06-13 18:38:47

Bağça müəlliməsi bir qaındır,anadır.Onu işdən çıxarmaq,özü də ki indiki maddi ehtiyacların çox olduğu vaxta ,elə ən böyük cəzadır.Daha hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya nə ehtiyac var?Cəza predmeti bu bağçanın müəllimləri yox,onun icazəsiz-filansız fəaliyyətinə göz yuman icra orqanları olmalıdır.

Ali 2018-06-13 18:38:47

Bu xala əsl sadisrdir. Əlinə hansı uşaq keçir şapalaqlayır, tolazlayır. Mənim fikrimcə, istər maarif, istər səhiyyə. istər polis istər sürücü mütləq psixoloq tərəfindən yoxlamalıdır.və iş boyu nəzarətdə olmalıdır., bədxasiyyət əzabsevən tiplər özlərinə başqa iş tapmalıddır.

Son yazılar