İki qurum ləğv olunaraq səhmləri dövriyyədən çıxarılıb

“Salyan Avtovağzal” ASC və “Salyan Sərnişin” ASC təşkilatı-hüquqi formasını dəyişib.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, hər iki qurum MMC-yə çevrilib.

İddiası olan kreditorlar, fiziki və hüquqi şəxslər cəmiyyətə müraciət edə bilərlər.

Ləğvlə əlaqədar “Salyan Avtovağzal” ASC-nin dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2 manat olan, ümumilikdə 63378 manat dəyərində 31689 ədəd adi, sənədsiz, adlı səhmi, “Salyan Sərnişin” ASC-nin isə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2 manat olan, ümumilikdə 319500 manat dəyərində 159750 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar