Türkiyə və İsrail qarşılıqlı boykota başladı

Türkiyənin bəzi bölgələrində İsrail mallarının boykot edilməsinə israillilər qısa zamanda cavab verib.

Virtualaz.org saytı xəbər verir ki, İsraildə də Türkiyə məhsullarının boykot edilməsinə başlanılıb.

İsrailin supermarket şəbəkələrindən olan “Rami Levi” və “Blue Square” türk mallarının satışına qadağa qoyub. Hər iki iri marketlər şəbəkəsi Türkiyədən gətirilən məhsulların ucuz olmasına baxmayaraq onların satışından imtina edib.

Səbəb olaraq isə İsrailin Qəzzaya hərbi əməliyyatlarının Türkiyə hökuməti tərəfindən sərt şəkildə tənqid edilməsidir.

Qeyd edək ki, İsrailin Fələstinə hücumlarından sonra Türkiyədə İsrail mallarının boykot edilməsinə başlanılıb. Hətta bir neçə şəhərin bələdiyyələri də bu kampaniyaya qoşulub.

Xatırladaq ki, İsrail ordusunun son 15 gündə Qəzzaya havadan və qurudan hücumları nəticəsində ölənlərin sayı 600 nəfərə çatıb. 5000 nəfərə yaxın ayarlı var. Ölən və yaralananların əksəriyyəti uşaqlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar