YENİ NAZİR BU XANIMI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ - İnnovasiya üzrə

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.“Report”un əldə etdiyi məlumata görə, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov “Report”a açıqlamasında xəbəri təsdiqləyib.

635x100

Şərhlər

İsmayıl İmamov - Şəki 2018-06-13 11:55:04

Şəbnəm xanımın,"Novruz Bayramı"nı və Yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edir,möhkəm cansağlığı,ailə səadəti,şəxsi həyatında və dövləti vəzifəsində uğurlar arzu edirəm. İnanıram ki, Şəbnəm xanım bu vəzifədə də rəhbərliyin etimadını layiqincə doğruldacaqdır. Bu yolda uğurlar arzulayıram.

NURəddin 2018-06-13 11:55:04

Mən heç də hamı kimi küyə düşüb arxı hoppanmamış sevinməyəcəyəm. Çox belələrini görmüşük.İndiyə kimi bir nəfər də olsun xalqın maddi durumunu,ölkənin inkişafını düşünən və bu amala xidmət edən məmur görmədim.Tam əminəm ki, bu qadın da kənd təsərrüfatı üçün heç nə etməyəcək və ümumiyyətlə bu sahə heç onun yadına da düşməyəcək.Nə vaxt soyuducum yerli ərzaq məhsulları ilə dolub-daşsa onda sözümü geri götürəcəyəm.

EWDER 2018-06-13 11:55:04

UQURLAR

Bakili 2018-06-13 11:55:04

Bele savadli, agilli, gozel xanim qizlarimizin olmasina cox sevinirem ve fexr edirem.Allah size daha boyuk ugurlar nesib etsin.

t.ədalət 2018-06-13 11:55:04

Bu xanımın iş stajı az deyil.Təəssüf ki öyrəndiklərini elmi izahlardan ibarət yazılı şəkildə ortaya qoya bilməyib.

Son yazılar