“Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edəcək

Dərc olunub: 13/06/2018 - 13:11

ashpa-1Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb.

Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.


loading...




Fikrinizi bildirin