Sanksiyalardan rusiyalı iş adamları 14 milyard itirib

Ukraynadakı pozuculuq fəaliyyəti ilə bağlı Rusiyaya tətbiq edilən sanksiyaların zərərini həm də iş adamları çəkir.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, iyulun 22-də Britaniyanda çıxan “İndependent” qəzeti bu haqda yazı yayıb.

Məlumata əsasən, bu müddət ərzində Rusiyanın 19 milyaderi 14 milyard dollardan artıq itirib.

“Polad maqnatı” Vladimir Lisin 2, 8 milyard dollar, Rusiyanın ən varlı adamı, “dəmir maqnatı” Əlşir Usmanov var -dövlətinin 14 faizi həcmində 2,5 milyard dollar ziyana düşüb.

Xatırladaq ki, iyulun 17-də ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Yeni siyahıya Rusiya duması sədrinin müavini Sergey Neverov, Krım məsələləri üzrə nazir Oleq Savelyev, Rusiya prezidentinin köməkçisi İqor Şeqolev,eləcə də Aleksandr Boroda, “İjmaş” və “Bazalt” Elmi-İstehsal birliklərinin şirkətləri, “Uralvaqonzavod”, Donetsk və Luqanskda rusiyayönlü terrorçuların elan etdikləri “respublikaların” liderləri o cümlədən Donetskdəki rusiyayönlü terrorçuların başçılarından biri Aleksandr Boroday, Federal Təhlükəsizlik Xidmətinin general –polkovniki Sergey Beseda, “Venşekonombank”, “Qazprombank”, “Rosneft” şirkəti, Feodesiya neft şirkəti, “KRET” radioelektron konserni, “Sozvezdiya” şirkəti, “Almaz-Antey” və “Kalaşniokov” konsernləri, “KB” cihazqayırma zavodu, “Novoatek” Açıqtipli Səhmdar Cəmiyyəti daxil edilib.

Xatırladaq ki, bu ilin martında ABŞ Rusiyanın 20 dövlət məmuru, iş adamı və deputatına sanksiya tətbiq etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar