Qarabağda məhv edilən məşhur terrorçunun qohumları Xankəndinə gəldilər

Məşhur terrorçu Monte Melkonyanın qohumları işğal altındakı Qarabağ torpaqlarlına səfər ediblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onları separatçı rejimin rəhbəri Bako Saakyan qəbul edib. Səfər Monte Melkonyanın ölümünün 25 illiyi münasibətilə təşkil olunub.

M.Melkonyan Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.

635x100

Şərhlər

Cənab Mirzə AG a 2018-06-13 14:23:14

O, iт уоx, profesional-milli тerrorçu olub. Biz hələlik ozümüzün və dünуanın hüquq orqanlarına sübuт edə bilməmişik ki, "Qarabag adlı münaqişə" əslində Moskva və digər əcnəbi erməni milləтçilərinin DQMV-ni, ozlərinin sərbəsт "anklav"ına cəhdindən baş verib. Тəxribaтlar və münaqişədə уerli azərbaуcanlıların və ermənilərin azalması da onlara sərfəli idi. Çox güman ki, irimiqaslı qırgın üçün və тərəddüd edən уerli erməniləri Monтe ozü məhv edirmiş və belə cəza uzun sürmədən əks cavabını alıb?

Mirzə AĞ 2018-06-13 14:23:14

Bəs, deyirdilər, bu itin başını İbad Hüseynov kəsib?!

Son yazılar