Azərbaycan gömrükçüləri bu ilin ilk 5 ayında 2 tona yaxın heroin müsadirə edib

"Bu ilin I yarısında gömrük sahəsində 19 346 hüquq pozuntusu halı aşkar edilib. Onların əksəriyyəti inzibati xətalardır".

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəis müavini Güloğlan Muradlı deyib.

Onun sözlərinə görə, Komitəsi bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb. Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub.

"1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir", - deyə Komitə rəsmisi qeyd edib.

G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar