2026-cı il dünya çempionatının keçiriləcəyi ölkələr müəyyənləşib

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

"Report" xəbər verir ki, bu, FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci Konqresində məlum olub. Kanada - Meksika - ABŞ triosunun yeganə rəqibi Mərakeş olub. Konqres nümayəndələri arasında açıq elektron səsvermə yolu ilə keçirilən seçkidə Mərakeş 65 səs toplayıb. Amerika ölkələrinə isə 134 səs verilib. 1 səs isə bitərəf olub.

DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.

Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib.

Qeyd edək ki, konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar