ETSN Bayıl sürüşmə sahəsində tədqiqat işlərini başa çatdırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyası tərəfindən Bayıl dərəsinin sağ yamacında (sürüşmənin baş verdiyi ərazi) aparılan mühəndisi–geoloji kompleks tədqiqat işləri vaxtından 1 ay öncə başa çatdırılıb.

Bu barədə APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O bildirib ki, aparılmış tədqiqat işləri ilə bağlı hesabat hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən hesabata rəy verilib: “Hesabat baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Bayıl dərəsinin sağ yamacı haqda təkliflər hesabatda öz əksini tapıb”.

Ə. Qaralov qeyd edib ki, tədqiqat işlərinin başa çatdırılmasına baxmayaraq, ərazidə müşahidələrin aparılması davam etdirilir.

Ekspedisiya rəisi sürüşmə sahəsində vəziyyətin stabil olduğunu, aktivliyin müşahidə olunmadığını da vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar