Deputatla müstəntiqin məhkəmə çəkişməsi sona yaxınlaşır - Ekspertiza təyin edildi

Ötən gün Xəzər Rayon Məhkəməsində deputat Hacı Salayevin öz qonşusu, keçmiş müstəntiq Nazim Bağırova qarşı tikinti zamanı təhlükəsizlik qaydalarına əməl etməməsilə bağlı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirilib. Hakim Tərlan Əkbərovun sədrliyilə keçirilən prosesdə Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin və Dövlət Yanğından Mühafizə İdarəsinin təmsilçiləri də iştirak edərək, tərəflərin suallarını cavablandırıblar.

İddiaçı tərəf N.Bağırovun tikinti zamanı yanğından mühafizə ilə bağlı tələbləri yerinə yetirmədiyini və bunun qonşusu H.Salayevə məxsus tikiliyə təhlükə yaratdığını irəli sürüb.

Cavabdeh isə tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun qaydada aparıldığını bildirərək, deputatın məhkəməyə təqdim etdiyi sübutların, yəni Dövlət Yanğından Mühafizə İdarəsindən aldığı aktın saxta sübut kimi tanınmasını xahiş edib.

İddia tərəfinin təmsilçisi isə öz növbəsində bu aktın qanunauyğun şəkildə tərtib olunduğunu deyərək, cavabdehin tələbinin qəbul edilməməsini xahiş edib. Hakim N.Bağırovun ərizəsinə sonrakı proseslərdə münasibət bildiriləcəyinə qərar verib.

Prosesin gedişində hakim "AzPolitika.info"nun iclas zalındakı əməkdaşının prosesdən əvvəl qeydiyyatdan keçmədiyi üçün iclasda iştirak edə bilməyəcəyini bildirib. Ancaq açıq məhkəmə prosesində jurnalistin mütləq qeydiyyatdan keçməli olduğu barədə hansı qanuna istinad edildiyi barədə izahat verilməyib.

Daha sonra cavabdeh tərəf məhkəmə qarşısında məhkəmə-tikinti ekspertizası keçirilməsilə bağlı vəsatətlə çıxış edib. Hakim T.Əkbərov vəsatəti təmin edərək, ekspertiza keçirilməsinə qərar verib.

Belə görünür ki, nəhayət ekspertizanın rəyindən sonra müstəntiqlə deputat arasında artıq xeyli müddətdir davam edən mübahisə və məhkəmə çəkişməsi sona çatacaq.

AzPolitika.info

635x100

Şərhlər

aysberq 2018-06-13 18:17:54

Bu cənablar çox əziyyət çəkdikləri üçün kərə yağının mağazalardakı satış qiymətləri 10 % artırılmışdır. Kim-kimi harda tutdudur.

t.ədalət 2018-06-13 18:17:54

Kərə yağının gömrük rüsumundan çox,onu satanların nəzarətə alınması lazımdır.Alıcılar,yağın xaricdən alınma və üstəgəl rüsumlar=satış qiyməti olan bir forma yolu tapmağı arzulayır.Əgər oğru kommersantlar dövlətə məhəl qoymurlarsa,dövlət özü yağın xaricdən gətirilib satılmasını təşkil edə bilər.İqtisadiyyat nazirliyi deyilən qurum bu məsələnin həllində dövlətə yardımçı olmalıdır.

Son yazılar