Vahid Əhmədov müəllimlərin sertifikasiyasını İSTƏMİR - “Bu artıq stressdir”

“Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə görə, Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb olunacaq.

Qanun layihəsində göstərilib ki, sertifikasiya - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

Təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik olan təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 5 ildən bir sertifikasiyaya cəlb olunacaqlar.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilirməyəcək.

Qanun layihəsi iyunun 12-də Milli Məclisin plenar iclasında müzakirə olundu. Ancaq bəzi deputatlar “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildirdilər və qanunun yenidən hazırlanmasını təklif etdilər.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, guya təhsil sahəsində müəyyən islahatlar aparılır.

“Və bu islahatların nəticəsidir ki, bütün müəllimlər sertifikat almalıdırlar. Əlbəttə, bu artıq stressdir. Özü də sertifikasiya 5 ildən bir keçiriləcək. Belə çıxır ki, müəllimlər stressi yenidən yaşamalıdırlar. Azərbaycanda kifayət qədər təcrübəli müəllim var. Onların yüksək maaşları yoxdur. Dağ kəndlərində işləyən müəllimlərimiz var. Cənab prezident tərəfindən müəllimlərə xüsusi diqqət və qayğı göstərilir”.

Vahid Əhmədov hesab edir ki, müəllimlərin sertifikasiyadan keçmə məsələsini müəyyən müddətə saxlamaq lazım idi.

“Hər müəllim buna hazır deyil axı. Hər dəfə müəllim imtahana gedəndə həyəcan keçirir”.

635x100

Şərhlər

TQ 2018-06-13 18:58:04

Ay Vahid müəllim,bəs onsuzda peşəsi səhərdən axşama kimi stressdən ibarət mühasibləri sertifikasiyaya göndərəndə onlar onqat stress keçirtməyəcəklər? 4 il ixtisasca universiteti bitirmişəm, 6 ay beynəlxalq standartları üzrə kursu müvəffəqiyyətlə bitirib Auditorlar Palatası tərəfindən diplom almışam. İndi təkrarən gedib sertifikasiyadan keçməyimin yeri varmı?

58yaşlı müellime 2018-06-13 18:58:04

Saq olun Hörmetli Vahid müellim tam doğru buyurmusunuz

EWDER 2018-06-13 18:58:04

EWWI,BU NAZIELERIN OZLERINI SERTİFİKASİYADAN KRCIRMEK LAZIMDIR,HANSINI TERPEDIR ZIBILI CIXIR,SONRADA DEYIRLER KI MOWENNIKDI

t.ədalət 2018-06-13 18:58:04

Sertifikasiya,yalnız rüşvət toplamaq üçün bir oyundur.Əgər ixtisasca fərqli adamlar nazir,rektor (məs.təh.naziri,bədən tərb.akademiyası)və s.təyin olunurlarsa,onda öz ixtisasları üzrə çalışan müəllimlərin günahı nədir?Əgər bu sertifikasiya vacibdirsə,niyə digər sahələrdə çalışan işçilərə bu tətbiq olunmur?

Son yazılar