RUSİYA «QULAQ»-ın ARXİV SƏNƏDLƏRİNİ MƏHV EDİR! -  Repressiya tarixini silməyə çalışır

Son günlər Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiyanın Maqadan vilayətində SSRİ dövründə repressiya olunmuşların arxiv sənədlərinin məhv edilməsi halı qeydə alınıb. «QULaq» («Qosudarstvennoe Upravleniya Laqerey i mest zaklyuçeniya» -müəl.) tarixi Muzeyi isə problemin miqyasını dəqiqləşdirməyə çalışır. Bu barədə muzeyin sənədləşdirmə Mərkəzinin mütəxəssisi Aleksandr Makeyev xəbər verib.

«Biz, belə situasiya ilə hələlik yalnız Maqadan vilayətində rastlaşmışıq. Digər bölgədərdə belə faktlar aşkarlanmayıb, Bizə həmişə «uçot kartoçkaları» əsasında arayışlar təqdim olunub» - deyə, Makeyev bu günlərdə «İnterfaks» agentliyinə danışıb.

«Mümkündür ki, burada söhbət ayrıca götürülmüş bölgədə xidməti istifadə üzrə qanunun yanlış şərhindən gedir. Biz, bunu da aydınlaşdırmaq istəyirik» - deyə, mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, Muzey həm də baş verənlərin miqyasını müəyyənləşdirmək istəyir.

Makeyev bildirib ki, Muzey hazırda yalnız Rusiya Federasiyasının Prezidenti yanında insan hüquqları Şurasına müraciət edib.

«Kommersant» qəzeti ötən həftənin cümə günu xəbər verib ki, Rusiyada 2014-cü il tarixli idarələrarası əmrə əsasən SSRİ dövründə repressiya olunmuş insanlara aid məlumatların daşıyıcısı olan arxiv «uçot kartoçka»ları məhv edilir.

Qəzetin məlumaına görə, «QULaq» tarixi Muzeyinin direktoru Roman Romanov bu barədə insan haqları Şurasının sədri Mixail Fedotova xəbər verib və situasiyaya aydınlıq gətirilməsini xahiş edib.

Məktubda deyilir ki «kartoçka»ların məhv edilməsi məhbusların QULaq sistemində olması barədə informasiyanın tam şəkildə aradan götürülməsi deməkdir. «Məhbusun düşərgədə ölməsi və ya həlak olması hallarında, onun şəxsi işi müddətsiz olaraq saxlanmağa göndərilirdi. Əgər məhbus azad olunurdusa, onun şəxsi işi məhv edilirdi, amma arxiv «kartoçka»sı qalırdı. Bu sənəddə məhbusun adı, soyadı, ata adı, doğulduğu yer və tarix, düşərgələr arasındakı yerdəyişməsi və düşərgədaxili yerdəyişməsi barədə məlumatlar əks olunur» - deyə, Romanov izah edir.

Prezident yanında insan haqları Şumasının sədri Mixail Fedotov «Kommersaet»a bəyan edib ki, proboemi öyrənəcək: «Biz, hər zaman arxiv materiallarının qorunub saxlanmasını müdafiə edəcəyik. Onlar çox vacib irformasiyaın daşıyıcısıdır. Bu, prinsipial vacib məsələdir, belə ki, onlar tarixin saxtalaşdırılmasının qarşısını alan sənədlərdir. Sənəd varsa, onu saxtalaşdırmaq praktiki olaraq, mümkün deyil. Sənəd yoxdursa, hər şey uydurmaq olar. Odur ki, mümkün olan qədərində, həmin dövrə aid bütün sənədləri qoruyub saxlamaq lazımdır» - Fedotov bildirib.

Sovet (bolşevik!) repressiyaları illərində repressiya olunmuş insanların dəqiq sayı məlum deyil. Yalnız 1937-1938-ci illərdə siyasi motivlərlə həbs olunanların sayı 1,7 milyon nəfərdən artıq olub.

«Memorial» bynəlxalq cəmiyyətin hesablamalarıa görə, SSRİ illərində represiiya olunmuşların ümumi sayı 12 milyon nəfərə çata bilər.

Bütün bunları nəzərə alıb da, buradan Azərbaycandakı rusiyapərəst (bolşevik «kökənli») yaramaz tör-töküntülərə (5-ci kolon nümayəndələrinə - onların böyük əksəriyyəti ya «kərdiyar»dır, ya da yabançı etinklərdir! ) səslənmək istyirəm:  "Azərbaycan dövlətini Sovet hökuməti qurub", "Rusiya Azərbycana mədəniyyət gətirib" M və sair kimi bu cür cəfəng fikirlər səsləndirənlər, Moskvay hələ də "xilaskar" kimi baxanlar ən sərt şəkildə ictimai qınaq obyektinə çevrilməlidir! Sovet hökuməti Azərbaycanı əvvəlcə işğal, ardınca isə ölkə əhalisinin qaymaqlarını REPRESSİYA edib! Görünür, belələrinin babaları bu repressiyalarda "işverən" rolunu oynayıb!!!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Samir Mehemmedli 2018-06-13 18:31:20

Saqol mirze qardaw bele meseleleri bize catrirsiz ruslar imkan tapsa bizide mehv ederler qaldi zadelere 100 % Babalari ele olub

t.ədalət 2018-06-13 18:31:20

Rusiya represiyalara bu gün də hazırdır.Sadəcə olaraq,məhv eləmək üçün əllərində keçmişdəki imkanlar yoxdur.Represiya ehtiraslarını isə müsəlman ölkələrində törətdiyi qırğınlarla ödəyir."QULaq"ın izi Rusiyada ləgv olunsa da Qərb ölkələrinin kəşfiyyat orqanlarının asrxivlərində kifayət qədər materiallar qalacaq.

Son yazılar