Cavid Qurbanova daha 100 milyon veriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılır."APA-Economics" xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı QSC-nin nizamnamə kapitalının artırılması üçün 100 mln. manat vəsait yönəldiləcək.

Bununla da “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq.

635x100

Şərhlər

TURAN 2018-06-13 18:59:56

HÖRMƏTLİ CAVİD MÜƏLLİM SİZƏ ŞƏKİ RAYONUN GÖYNÜK MAHALININ ADINDAN XAHİŞ EDİRİK Kİ,DƏMİR YOL BİLETLƏRİNİN QİYMƏTLƏRİNİN AŞAĞI SALINMASI MƏSƏLƏSİƏ BAXASINIZ.ƏVVƏLƏR BİLET TAPMAQ MÜMKÜN DEYİLDİ.QİYMƏTLƏR QALXANDAN SONRA DƏMİR YOLU NƏQLİYYATINDAN İSTIFADƏ EDƏNLƏRİN SAYI KƏSKİN AZALIB.İNSANLAR ALTERNATİV -AVTOBUS,FƏRDİ NƏQLİYYAT VASİTƏLƏRİNƏ ÜSTÜNLÜK VERİRLƏR.ONLARDAN İSTİFADƏ DAHA UCUZ BAŞA GƏLİR.

SUAL 2018-06-13 18:59:56

DOLU DƏNİZƏ YAXARMİS DEYƏNLƏR YANİLMAYİB YA ?

keçici-qırmızı bayraqlar 2018-06-13 18:59:56

Keçmiş nəqliyyat naziri verilən milyardlarım hesabına bütün qohum-əqrabasını xaricə daşıdı. Millət təklif edir ki, buna da milyarddan yuxarı pul verilsin, onsuz da hamısı ona ha çatmayacaq!

Son yazılar