Filippo İnzaqi İtaliya klubunun baş məşqçisi təyin olunub

İtaliya milli komandasının və "Milan" klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın "Bolonya" klubunun baş məşqçisi təyin olunub."Report" klubun saytına istinadən xəbər verir ki, komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, bu postda Roberto Donadonini əvəzləyib.

Qeyd edək ki, "Bolonya" 2017-2018 illər mövsümündə İtaliya A Seriasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq "Milan"ın baş məşqçisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar