«Avropa İttifaqı -ABŞ münasibətlərini bir prezident dağıda bilməz!» - Avrokomisar

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Avropa Komisiyasının (AK) sədr müavini Frans Timmermans hesab edir ki, təkcə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Avropa ilə Amerikanın ümumi dəyərlərə əsaslanan möhkəm əlaqələrini dağıtmaq gücündə deyil.

«Bizim ABŞ-la ümumi dəyərlər bazası üzərində qurulmuş munasibətlərimizin bünövrəsi kifayət qədər möhkəmdir. Bu bir prezident və ya bir administrasiya tərəfindən dağıdıla bilməz. Bizim dəyərlər və beynəlxalq qaydalar əsasında, Avropa nə qədər həmrəy olsa, bir o qədər də Amerikanı həmin yola gətirməyə kömək şansı böyük olar» - deyə, çərşənbə günü Avroparlamentdə (Strasburqda) çıxış edən avrokomisar bildirib.

G7 ölkələrinin ötən həftə Kanadada keçirilmiş sammitində vacib beynəlxalq iqtisadi və siyasi problemlər üzrə növbəti dəfə iştirakçılar arasında həmrəyliyin olmaması təzahürü ortaya çıxdı. Hətta La Malbedəki görüşü «G6+Tramp» adlandırdılar. Bununla, bir sıra açar məsələlərdə ABŞ-n xüsusi mövqeyi nəzərdə tutulurdu. ABŞ Prezidenti Donald Tramp görüşü vaxtından əvvəl tərk etdi və onun nəticələrini şübhə altına aldı.

Sammitdən sonra, Aİ nümayəndələri bəyan etdilər ki, Avropa İttifaqı sammitdə razılaşdırılmış kommünikeni dəstəkləyəcək və beynəlxaq qaydalara əsaslanan düzənin tərəfdarı olacaq. Bununla birlikdə, Avropa İttifaqı ABŞ-la ümumi maraq kəsb edən pozitiv qarşılıqlı səyləri davam etdirmək niyyətimdə olduğunu da ortaya qoydu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar