“KREDİT FAİZLƏRİ ÇOX YÜKSƏKDİR, BUNUN ÜÇÜN... ” - Elman Rüstəmov

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov brifinq keçirib.2018-ci ilin ötən dövrü ilə bağlı durumu və ilin sonuna olan proqnozlardan danışıb.O bildirib ki, 2018-ci ilin sonuna olan proqnoza görə, iqtisadiyyatın inkişafı davam edəcək: “Monetar şəraitin yumşaldılması haqqında qərar qəbul etmişik.

Pul bazasına artıcı təsir göstərən əməliyyatlar keçirmişik. Əmanətlərin dollarlaşması azalıb. İnflyasiya risklərini nəzərə almaqla faiz dəhlizi parametlərinə dair avqust ayında qərarlar verəcəyik.

Kredit faizləri ilə bağlı situasiya mürəkkəbdir, bu faiz dərəcləri bütövlükdə çox yüksəkdir. Bunun səbəbini təkcə makroiqtisadi səbəblərdə yox, digər amillərdə axtarmaq lazımdır. Bir səbəb də budur ki, kreditlərə tələbat böyükdür. Həmçinin bankların risklərini də nəzərə almaq lazımdır. Bu risklərin yumşaldılması istiqamətində addımlar atmalıyıq. Yaxın gələcəkdə kredit faizlərinin aşağı salınması, bazar tərəfindən təklif edilən ipoteka faizlərin bir dərəcədə olmasını görəcəyik. Amma bunun üçün çoxlu işlər görməliyik”.

"Cari ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşması davam edib. Tədiyyə balansının profisitinin ÜDM-də payı 15,4% səviyyəsində olub" deyə Elman Rüstəmov məlumat verib.

"Bu ilin ilk 5 ayında ticarət balansının müsbət saldosu illik müqayisədə 2,1 dəfə artıb. Xidmətlər balansının kəsiri illik müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri baansında müsbət saldo qorunub. Bunlar da xarici valyuta daxilolmalrının artmasına müsbət təsir göstərib. Strateji valyta ehtiyatları artmağa davam edir. Tədiyyə balansının bu ilin sonuna əlverişli səviyyədə qalacağı gözlənilir", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, real sektorun monitorinqi də iqtisadi aktivliyin yüksəldiyini göstərir: "2018-ci ilin sonuna iqtiasadi aktivlik davam edəcək".

635x100

Şərhlər

николай 2018-06-14 10:50:40

Bu kişinin danışdığı dəhlizlər ki, var, özü bir tələdir.Məsələn, xaricə bir köçürmədə 5-6% xərc çəkə bilərsən. Səbəb, dilinq fərqi deyilən bir zaddır.Yəni, bank, bir konvertasiya haqqı, bir dilinq fərqi, bir də köçürmə haqqı adı ilə üst-üstə 5-6% tutur. Əsas, Rüstəmovun dəhlizləri! Bir sual verən gərək, hələ bismillah etməmiş bank bu pulu niyə alır? İndi heç biznesdə təmiz 5-6% qazanmaq olmur.Amma bank, necə deyərlər, duru yerindən götürür. Sonra da Rüstəmov deyir infilyasiya yoxdur.

EWDER 2018-06-14 10:50:40

AZERBAYCAN NAQILLAR OLKESIDI.BANKLARIN HARAM XOWLARI OLSUN,BURUNLARINDAN GELSIN,CONIKIN GUNUNE DUWSUNLER

vəkil 2018-06-14 10:50:40

belkə bir az tezdir % aşagi salmaq hələ 5 il belə pis deyil

Sade Vetendas 2018-06-14 10:50:40

Yatib yatib indi ayilib bular? Xalq kreditin icinde batib gedir

naxçıvanlı 2018-06-14 10:50:40

Depozit faizini verdiyi kreditin faizi ilə müqayisə etsin. Beynəlxalq bankı yeyib-dağıtdılar. Yeyib-dağıdan özləridir. Bu adamlar həbs olunmalı, əmlakları müsadirə edilməlidirlər!

G.M 2018-06-14 10:50:40

E.Rüstəmov dünyanın ən yazıq varlısıdır.

Son yazılar