Prokuror həbs edilən sabiq nazirin qohumuna cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Natiq Mirzəyev ifadə verib.

O, təqsirləndirilən N.Qasımovun qaynı olduğunu bildirib: "Natiq "Çinar" firmasını açmaq lazım olduğunu dedi. Sonra firma mənim adıma açıldı. İşlərin görülmüsə üçün adımdan etibarnamə verdim. Firmanı mən idarə etmirdim, bütün hüquqları etibarnamə ilə ona həvalə etdim. Əvvəldən razılaşmadıq ki, firmanın qazancından mənə nə qədər pul verəcək. Amma qazancdan mənə pul verirdi".

Şahid ifadəsinin davamında söyləyib ki, Bakıda kafelərin birində kababçı kimi çalışır.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Natiq Qaımovun 7 il, Xatirə İmaməliyeva ilə Aidə Cəfərovanın isə 4 il 6 müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı hər iki qadının məhkəmə zallndan həbs edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məhkəməbin hazırlıq iclasında məlum olub ki, həbsdə olan N.Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mətbuatda gedən məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar