DEPUTAT ÖZÜNÜ BİABIR ETDİ! - "Mən İspaniyanı “Real Madrid” kimi görürəm

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.  Modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib.  O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdır: “Ona görə də mən dedim ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdır:  “Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə  demişəm ki, “Real Madrid” mənim favoritimdir”.

***

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək dünya çempionatında İspaniyanın "Real Madrid" klubuna azarkeşlik edəcək.

Bu barədə 50 yaşlı millət vəkilinin özü "Report"un sorğusuna cavab olaraq bildirib. O deyib ki, mundialın qalibi Real Madrid” olacaq: "Dünya çempionatını izləyəcəyəm. Favoritim "Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.

Badamov idmanla əlaqəli şəxs - Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib.

Qeyd edək ki, Azər Badamov 51 saylı Qusar seçki dairəsindən deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Badamov Milli Məclisin Regional Məsələlər, Gənclər və İdman komitələrinin, Avstraliya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya və İsveç parlamentlərarası işçi qrupun üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəridir.

635x100

Şərhlər

Cəbrayıl 2018-06-14 16:57:23

Familiyaları dəyiəşəndə buna da Badam-ov düşüb.Çünki tut, alça, gilas, ərik,şaftalı,xiyar,pamidor sezonu keçmişdi,qoz,fındıq hələ yetişməmişdi.Burda təəcüblü nə var ki?1992-dən indiyə qədər pasportlarını ad,familiyaya görə dəyişənlərin statistikasına nəzər salınsa çox mətləblərin üstü açılar.Kimin kim olduğu bəlli olar.

Seçici 2018-06-14 16:57:23

Burada təəcüblü nə var ki? Guya millət bilmir ki, onlara bisavdı,kiminsə adamlarını,nəyinsə hsabına Milli Məclisə soxuşdurublar? Normal ölkələrdə deputat xalq içərisində olur,onların içərisindən millətin səsi ilə seçilirlər.Bizdə isə feodaıizmdə olduğu kimi hərə öz tanış bilişini və ya onların təqdim etdiklərini hansı maraqla isə siyahiyə yazıb,adını da seçildi qoyurlar.Bunu Siyavuş yaxşı bilir.

EWDER 2018-06-14 16:57:23

AQDAMIN ,,QARABAQ,, NA BALET ELESEYDIN,MUTLEQ D.C.NIN 1 -CISI OLACAQLAR,EWDER OL CANI

Ramazan 2018-06-14 16:57:23

Neyləsin yazıq savadı o qədər aşıb-daşır ki, artıq yerində dayana bilməyib qıcqırır. Gör indi bunun dünyagörüşü, həyata baxışı necədir. Yaxşı olardı ki, bu deputatları attestasiya edib yerlərinə göndərəydilər, daha dövlət bu bisavad deputatlara havayı maaş verməkdən qurtulaydı.

memmed 2018-06-14 16:57:23

Muellim, gelin sizi Reala tranfer edek orda oynayin

Mitzə AĞ 2018-06-14 16:57:23

Görünür, bunun "qarabasma" (qalüstinasiya) xəstəliyi var ki, İspaniya yığmasının yerinə "Real Madrid"i görür... Müalicəyə yollamaq lazımdır...

EWDER 2018-06-14 16:57:23

molodes,gel indi beleleri ile inkiwaf eleme.men sizinle fexr edirem.YAP la IRELI,ancaq emelli... ESAS INKIWAFDU

R-n 2018-06-14 16:57:23

Allah Sizi rehmet elesin,ay Mirze Celil.Ne eceb o eseri yazibsiz ki,belelerini tez taniyag.Beleləri olkeni hara aparir? ....,bunlara bu geder maash-filan niye verilir,versin pensiyacilara,da...

Veteran 2018-06-14 16:57:23

Bewirovun sozune quvvet burada teeccublu hecne yoxdur. Analoji veziyetde vezife bawinda olan o qeder memurlarimiz varki. Sadece mebuatla rus demiwken "stolkovatsa" elemirler deye qablarinda olan awkara cixmir. Hec yadimdan cixmaz, cox moteber bir vezifeye tezece teyininat alan memurlarimizdan biri ilk musahibesinde jurnalistlere, rehberlik etdiyi tewkilatin "xarici dovletlerle nece alver "edeceyini elan etmiwdi.

Ə DUR, DUR Ə : 2018-06-14 16:57:23

YAMAN PİS İYİ GƏLİR EEE...

Bashirov Qarib 2018-06-14 16:57:23

Burada təəccublu nə var ,axı, Məhz,bu xususiyyətlərinə görə ona sadaladıgınız vəzifələri veriblər.

buzlaq 2018-06-14 16:57:23

Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli!! A qadan alım urus ayısı. Əbadəba məlim, o deputatları bu bisavadlıqlarına görə təyin ediblər ki, orda oturub düymə bassınlar .....!

Akif 2018-06-14 16:57:23

Azərbaycan Parlamenti prezident administrasiyası tərəfindən biznesmenlərdən formalaşdırılır.Faktiki olaraq Milli Məclis Uşaq Kukla Teatrına bənzəyir..........Odur ki, təyin olunmuş deputat Badamovu qınamaq lazımdeyil.

Qalib 2018-06-14 16:57:23

Soyadından hər şey bəllidir.

Hee noolsun 2018-06-14 16:57:23

Bu adi bir weydir ki..,hee noolsun... Bizim Rayon Tehsil sobesinin mudiri hec birce gun de mektebde ders demeyib... O,hetta hec muellim dä deyilmiş..,ha ha ha

SƏVİYYƏ CIRIR EEE: 2018-06-14 16:57:23

KOSTYUM-ŞALVAR MERSEDES-BMV-YLE SEVİYYENİ OLÇENLERİN SEVİYYESİ DE BELE OLMALIDIR!

TQ 2018-06-14 16:57:23

Ən azından Milli Məclisin Gənclər və İ D M A N Komitəsinin üzvlüyündən istefa verməlisən, ay Azər.

Hasan 2018-06-14 16:57:23

Bu müsahibeden sonra deputat sayadını deyişse yaxşı olar.)

Akifə 2018-06-14 16:57:23

Biznesmenlər kim tərəfindən xeyir duası verilib təyin olunur?

Serlok 2018-06-14 16:57:23

Niye fikir edirsen ey Milli Metbextimizin asbazlari?! Tek Futbol deyil ki, ordakilar ve sen ele her Seyi bele bilirsiz! Bunu duz 25 ildir ki, Subut edirsiz!!!!

Son yazılar